Millimizin futbolçusu Maksim Medvedyev Qazaxıstan yığmasına 0:3 hesabı ilə uduzduqları yoxlama oyunundan sonra sports.kz-yə müsahibə verib. Qol.az-ın məlumatına görə, o, əvvəlcə matç barədə fikirlərini bildirib.
- Yaxşı ki, bu matç oldu. Yüksək sürətli oyun göstərən yaxşı rəqiblə qarşılaşdıq. Biz gənc komandayıq, təcrübə yığırıq. Gələcəkdə belə səviyyəli rəqiblə qarşılaşdıqda necə oynamalı olduğumuzu biləcəyik.
- Qazaxıstan yığmasının oyununda hansı üslubu qeyd edərdiniz?
- Oyunun sürətini, bəzi oyunçuların fiziki göstəricilərini nəzərə almaq lazımdır. Millətlər Liqasında müxtəlif güclü üsluba və güclü keyfiyyətə malik çoxlu müxtəlif komanda var. Qazaxıstanın oyununda onlara qarşı üzərində işləməli olduğumuz komponentlər var. Əks-hücumlar üzərində işləmək lazımdır.
- Bəs fərdi olaraq kimi fərqləndirərdiniz?
- Müdafiə xətti, xüsusən, komandanın kapitanı Dmitri Şomko çox yaxşı oynadı. Mən artıq ona qarşı çıxış etmişəm. Həmin vaxt biz yığma ilə Antalyada təlim-məşq toplanışında idik. Mən sağ cinah müdafiəçisi mövqeyində yer aldığımdan, məhz bu futbolçu ilə mübarizə aparmalı olurdum. O, hücumlara çox yaxşı qoşulurdu. Bundan başqa İslambek Kuat hücum xətti ilə müdafiə arasında əlaqə yaradırdı. Fərdi olaraq, öz bacarıqlarını göstərən Roman Murtazayev güclüdür. Aleksey Şetkin öz fiziki göstəriciləri ilə seçildi. Əlbəttə, Bauırjan İslamxan çox fəal, yaradıcı planda faydalı idi.
- Nəyə görə 2 dəqiqəyə 2 qol buraxdınız və həmin epizodlarda hansı səhvlərə yol verdiniz?
- Komandanızın ilk 20 dəqiqə ərzində fəal olacağını gözləyirdim. Lakin biz bütün qolları öz səhvlərimizdən sonra buraxdıq. Öz cərimə meydançamız ətrafında künc zərbələri və qayda pozuntularından yayınmaq lazım idi. Heyətimizdə çoxlu gənc oyunçu var idi. Onların gözləri yanır, sürüşmə fəndlərində yerdə qalır, mövqelərini itirirdilər. Biz bu nəticədən çox da məyus deyilik. Öz səhvlərin üzərində öyrənmək lazımdır.
- Qazaxıstan azarkeşləri bu qələbədən çox ruhlandılar. Komandınız optimaldan uzaqdır?
- Nəzərə almaq lazımdır ki, biz süni örtükdə oynadıq. Sanki ilk dəfə idi ki, suni örtükdə oynayırdıq. Öz oyunumuzu sərgiləyə bilmədik. Heyətdə eksperiment etdik. Baş məşqçimiz gənclərə daha çox şans verdi. Axı qarşıdan Millətlər Liqası gəlir. Üstəlik, Qurban Qurbanov yığmaya yenicə rəhbərlik etməyə başlayıb. Bu səbəbdən, rotasiya etməyə, heyəti öyrənməyə, müxtəlif məzmunlu oyunları sınaqdan çıxarmağa məcburdur.
- Sizcə, Qazaxıstan yığmasının hansı perspektivləri var?
- Macarıstanla oyununuza baxmışdıq. Komandanız çox xoş təsir bağışlamışdı. Yığmanızla rəsmi matçlarda 2011-ci ildə üz-üzə gəlmişdik. O vaxtdan komandanız çox dəyişib, inkişaf edir, daha aqressiv çıxış edir.
- Qazaxıstanı daha əvvəl üz-üzə gəldiyiniz Qırğızıstanla müqayisə edə bilərsiniz?
- Fərq hiss olunur. Qazaxıstan Avropa futbolu oynayır. "Astana"nın avrokuboklardakı uğurlarından xəbərdarıq. Qırğızıstan isə başqa cür - Asiya futbolu nümayiş etdirir. Fikrimcə, Avropa oyun üslubu daha güclüdür.
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?