"Bizi iki tanış rəqibin arasında maraqlı oyun gözləyir".
Qol.az-ın məlumatına görə, bu sözləri "Reytinqa Bukmeykerov" saytına açıqlamasında AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib. Bu gün Astanada Qazaxıstan və Azərbaycan milli komandaları arasında keçiriləcək yoldaşlıq oyunu ilə bağlı fikirlərini bildirən mütəxəssis bəzi amillərin bu görüşə əlavə intriqa və rəng qatacağını söyləyib:
"Birincisi, hər iki komanda Millətlər Liqasında təkcə qruplarının deyil, həmçinin yer aldıqları divizionun favoritləridir. İkincisi, bu mövsüm həm Azərbaycan çempionu "Qarabağ", həm də Qazaxıstan çempionu "Astana" avrokuboklarda uğurlu çıxış ediblər. Bu komandalar millinin özəyini təşkil edirlər ki, bu da oyuna bir başqa özəllik verir. Üçüncüsü isə hər iki yığmanın baş məşqçisi komandanı bu ildən çalışdırır".
V. Sadıqov hər iki komandanın meydana qələbə üçün çıxacağını bildirsə də, görüşün heç-heçə başa çatacağını düşünür: "Onu da qeyd etmək lazımdır ki, Millətlər Liqasının startına çox az vaxt qalıb. Hər iki komanda yoldaşlıq oyunlarının gedişində əsas və ehtiyat heyətin müəyyənləşdirilməsindən tutmuş oyun üslubunun seçilməsi və onun təkmilləşdirilməsinə qədər bir çox məsələləri həll etməlidir. Psixoloji hazırlıq qarşıya qoyulmuş vəzifənin həllinə təkan vermək üçün əhəmiyyətli olacaq. Komandada qələbə ruhu hökm sürəndə psixoloji durum da qaydasında olur. Bu isə hər iki komandanın bu gün qələbə qazanmaq üçün meydanda maksimum gücünü ortaya qoyacağını söyləməyə imkan verir. Qoy, ədalətli oyunda güclü qalib gəlsin. Baxmayaraq ki, içimdəki səs bu oyunda qalib olmayacağını deyir. Gözləyəcəyik və bu komandaların növbəti dəfə Millətlər Liqasının finalında üz-üzə gələcəyinə və həmin oyunda qalibin mütləq müəyyənləşəcəyinə ümid edəcəyik".
Qeyd edək ki, Qazaxıstan və Azərbaycan arasındakı yoldaşlıq oyunu bu gün Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.
Qrizmann bu kluba keçir
Flikin "Barselona"sı Valverdenin rekorduna yaxınlaşır
Dörd gün ərzində iki qırmızı vərəqə aldı
"Real" futbolçularının milliyə çağırılmasına etiraz etdi
"Titullar meydanda qazanılır"
"Kristal Pelas"da Şon Dayç dövrü başlaya bilər
"Son oyunundan məmnun qalmadım, rotasiya etdik"
"Tottenhem"dən ağır məğlubiyyət
Səfər qadağası "Ayaks" azarkeşlərini dayandırmadı - Video
Nəriman ilk oyunundan paylaşım etdi - Şəkillər
Sonuncu pillədə yer alan klubda yeni baş məşqçi təyinatı
"Barselona" liderliyini möhkəmləndirdi
"Mançester Siti" final matçına itki ilə çıxacaq
Azərbaycan millisinin yekun heyəti açıqlandı
İrqçi təhqirlərə görə Premyer Liqa matçı dayandırıldı
"Barselona" futbolçularından sabiq ulduza ad günü jesti
Kökçünün komandası yenə uduzdu
Bakıya gələ bilməyən millinin baş məşqçisi istefa verdi
Tanınmış futbolçu karyerasını bitirdi
Emin Mahmudov Qurban Qurbanova çatdı
Mikels Nasimovun rekordunu təkrarladı
Mahir Emreli Miroslav Kloze ilə görüşdü - Şəkillər
Modriç "Top-5" liqalarında 2-ci oldu
665 gün sonra meydana qayıtdı
Yaxın Şərqdəki vəziyyətə görə Bakıya gələ bilməyəcəklər
Azərbaycan futzal millisinin heyəti açıqlandı
"Çelsi"nin böyük hesablı məğlubiyyəti - Video
Zamiq Əliyevin komandasından heç-heçə
Azərbaycanlı futbolçunun komandası 4 qolla qalib gəldi
"Liverpul" Salahı itirdi
“Bavariya” və “Borussiya”dan qələbə
Nəriman Axundzadə MLS-də debüt etdi
"Lion" heyətində çıxış etməyən oyunçu üçün cərimə ödəyəcək
Əllə oyun olsa da, hakim penalti təyin etmədi - Şəkil
Bundesliqa matçında 6 qol vuruldu, qalib bəlli olmadı
"Tottenhem" 5 penalti qaytaran qapıçıya göz dikdi
"Liverpul"dan 10 ildən sonrakı ilk antirekord