"Mənim üçün nəticə ikinci planda idi" - Rəşad Sadıqov

"Mənim üçün nəticə ikinci planda idi" - Rəşad Sadıqov
ÖLKƏ FUTBOLU 4 İyun 2018 / 16:04 3771
-  A +

"Maraqlı oyun alındı. Komandaların ifasında yardıcı futbolun şahidi olduq. Hər iki tərəf topa nəzarət etmək istəyirdi. Nəticə yaxşıdır. Heyətimizdə çoxlu gənc futbolçular var. Qazaxıstanla bizim hədəflərimiz fərqlidir. Onlar qrupda 2-ci yer uğrunda mübarizə aparırlar. Biz isə komandanı yeniləmək istəyirik".

Qol.az-ın "sports.kz" saytına istinadən yaydığı xəbərə görə, bu sözləri Qazaxıstanın 21 yaşadək futbolçularından ibarət yığması ilə yoldaşlıq oyunundan (1:1) sonra keçirilən mətbuat konfransında U-21 millimizin baş məşqçisi Rəşad Sadıqov deyib. Qarşılaşma ilə bağlı fikirlərini açıqlayan gənc mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.

- Sizcə, hakimin penalti qərarı nə dərəcədə doğru idi?

- Nəyisə detalları ilə şərh edə bilmərəm. Görmək istədiyimizi meydanda tətbiq edə bildik. Oyundan razıyam. Mənim üçün nəticə ikinci planda idi.

- Qazaxıstan millisi sizdə hansı təəssüratları oyatdı?

- Yaxşı komandanız var. Sizə azarkeşlik edəcəyik. Qazaxıstanda futbolun inkişafı məndə yaxşı təəssüratlar oyatdı. "Astana"nın uğurları da bunu sübut edir. Düşünürəm ki, düzgün yoldasınız.

- "Astana"nın yeni baş məşqçisi Roman Qriqorçuk haqda nə bilirsiniz?

- Maraqlı insan və yaxşı məşqçidir. Onunla mübarizə aparmaq maraqlı idi. Qriqorçuka uğurlar arzu edirəm.

Daha çox


Son xəbərlər
topaz banner