“Keşlə”nin baş məşqçisi Yuri Maksimov klubla başa çatan müqaviləsinin müddətini uzatmağa hazırdır.
Qol.az-ın xəbərinə görə, bu haqda o, Ukraynanın “ua-football” saytına açıqlamasında deyib.
49 yaşlı mütəxəssis bildirib ki, “Keşlə” rəhbərliyi onunla müqaviləni uzatmaq istəyir: “Bununla bağlı təklif olub. Mən ilkin razılığımı vermişəm. Amma bir şərtlə ki, komandada son mövsümdə oynamış futbolçular klubda qalmalıdırlar. Və bəlkə də heyətin müəyyən güclənməsi də lazımdır”.
Y.Maksimov bildirib ki, iyunun 20-də Bakıya qayıdacaq: “Bundan sonra hər şey qətiləşəcək”.
Xatırladaq ki, Yuri Maksimovun rəhbərliyi altında “Keşlə” son mövsüm Azərbaycan kubokunun qalibi olub.
Musiala əməliyyat olundu
Bundesliqa klubundan "Nyukasl"a keçdi
FİFA cəzasını təxirə saldı
“Şamaxı”dan növbəti transfer