“Keşlə” aparıcı müdafiəçilərindən Adrian Skarlatakeyə yeni müqavilə təklif edib.
Bu barədə Qol.az-a rumıniyalı futbolçu özü məlumat verib. Hazırda ölkəsində istirahətdə olan oyunçu Bakıya gəldikdən sonra yeni sözləşməyə imza atacağını söyləyib:
“Başqa təkliflərim yoxdur. Növbəti mövsümdə də “Keşlə”də qalacam. Çünki rəhbərlik mənə yeni müqavilə təklif edib. Çox güman ki, anlaşmanın müddəti 1 illik olacaq”.
Qeyd edək ki, Skarlatake 2016-cı ilin yayından “Keşlə”də çıxış edir. Mövsümün sonunda onun klubla müqaviləsi başa çatıb.