"Qarabağ"dan ikinci transfer - rəsmi

"Qarabağ"dan ikinci transfer -  rəsmi
ÖLKƏ FUTBOLU 2 İyun 2018 / 16:56 12981
-  A +

Növbəti mövsüm üçün heyətini gücləndirməyə davam edən “Qarabağ” bu gün ikinci transferini rəsmiləşdirib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Ağdam təmsilçisi gənc futbolçu Rahil Məmmədovu heyətinə cəlb edib. Mərkəz müdafiəçisi ilə 3 illik müqavilə imzalanıb.

Peşəkar karyerasına 2014/15-ci illər mövsümündə “Neftçi”də başlayan 23 yaşlı futbolçu geridə qalan mövsümün qış fasiləsində icarə əsasında “Səbail”ə keçib.

Rahil Məmmədov “Neftçi” formasıyla 43, “Səbail”in heyətində isə 13 dəfə meydanda olub. Müxtəlif yaş qrupları üzrə milli komandalarda çıxış etmiş Rahil Məmmədov bu ildən etibarən 2 dəfə əsas millimizə dəvət alıb.

Xatırladaq ki, "Qarabağ" bu gün Filip Ozobiçlə də 3 illik müqavilə imzalayıb.

Daha çox


Son xəbərlər
14.06.24  16:24

"Sabah"da ayrılıq