"Azərbaycanda çox şey qazanmışam" - Almeyda
"Qarabağ”da 5 dəfə çempionluq, 3 dəfə kubok sevinci yaşadım. Bu altı ildə çox qələbələr gördüm. İndi isə fərqli çempionatda oynamaq istəyirəm".
Qol.az-ın xəbərinə görə, bu sözləri "Qarabağ"dan ayrılan Riçard Almeyda deyib.
Braziliya mətbuatına danışan 29 yaşlı yarımmüdafiəçi Azərbaycandakı karyerasının uğurlu alındığını bildirib: "Milliləşdirilmiş futbolçu kimi Azərbaycan yığma komandasının üzvüyəm. Yığmada 8 oyun keçirmişəm. Tanrıya minnətdaram. Azərbaycanda çox şey qazanmışam. Çempionlar Liqasının qrup mərhələsində oynamaqla zirvəyə çatdıq".
Almeyda gələcək karyerası haqda da danışıb: "Təkliflərlə atamla agentim məşğuldur. Bir neçə təklif olsa da, imtina etmişəm. 5-6 ölkədən fərqli variantlar var idi. Yekun qərarı iyunun ortalarında verəcəm. Atamla həyat yoldaşım mənə dəstək verirlər".