Mövsümün sonunda “Qəbələ”dən ayrılan Roman Qriqorçukun “Astana”ya təyinatı rəsmiləşib.
Qol.az-ın Qazaxıstan klubunun rəsmi saytına istinadən yaydığı xəbərə görə, ukraynalı mütəxəssis bu gün yeni komandası ilə müqavilə imzalayıb. Ancaq sözləşmənin müddətinin və detalları barədə əlavə məlumat verilməyib.
Qeyd edək ki, "Astana" hazırda davam edən Qazaxıstan Premyer Liqasında 15 turdan sonra 37 xalla liderdir.
Xatırladaq ki, Qriqorçuk 2015-ci ilin yanvarından 2018-in yayına qədər (3,5 il) “Qəbələ”ni çalışdırıb.
Musiala əməliyyat olundu
Bundesliqa klubundan "Nyukasl"a keçdi
FİFA cəzasını təxirə saldı
“Şamaxı”dan növbəti transfer
İngiltərə millisində itki
"Qəbələ" yeni mövsüm hazırlıqlarına başladı - Şəkillər