Ozan Can Kökcü "Qarabağ"a keçir?

Ozan Can Kökcü "Qarabağ"a keçir?
ÖLKƏ FUTBOLU 1 İyun 2018 / 11:48 9140
-  A +

21 yaşadək futbolçulardan ibarət yığmamızın üzvü Ozan Can Kökcü karyerasını Azərbaycanda davam etdirə bilər.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, “Qarabağ” müqavilə ilə “Bursaspor”a məxsus olan yarımmüdafiəçini heyətinə qatmaq istəyir. Onunla həmçinin “Feyenoord”un da yaxından maraqlandığı iddia olunur. Bundan başqa, “Bursaspor”un yeni baş məşqçisi Samet Aybaba da yeni mövsümdə istedadlı futbolçunun xidmətindən yararlanmaq niyyətindədir.

Qeyd edək ki, Kökcü ötən mövsümün ikinci yarısını icarə əsasında Hollandiyanın birinci liqa təmsilçisi “Valveyk”də keçirib.

Daha çox


Son xəbərlər
27.04.24  16:17

Keyn mükafat alacaq

27.04.24  15:40

Virtz "Bayer"də qalır

27.04.24  09:27

"Traktor" 1/4 finalda

27.04.24  01:30

"Real"dan qələbə