“Keşlə”nin yarımmüdafiəçi Sezar Meza Kolli “Qəbələ” və “Neftçi”dən təklif alıb.
Bu barədə Qol.az-a Paraqvay əsilli italiyalı futbolçu özü məlumat verib. O bildirib ki, hələlik heç bir təklifə cavab verməyib: “Bir neçə klubdan təklif almışam ki, onların arasında “Qəbələ” və “Neftçi” də var. Digər komandaların adlarını hələlik demək istəmirəm. Həmçinin “Keşlə” də mənimlə yeni müqavilə bağlamaq istəyir. Danışıqlar gedir, yekun qərarımı yaxın günlərdə açıqlayacağam”.
Qeyd edək ki, Meza Kolli qış fasiləsində “Keşlə”yə transfer olunub.
Musiala əməliyyat olundu
Bundesliqa klubundan "Nyukasl"a keçdi
FİFA cəzasını təxirə saldı
“Şamaxı”dan növbəti transfer
İngiltərə millisində itki
"Qəbələ" yeni mövsüm hazırlıqlarına başladı - Şəkillər
"Real"ın futbolçuları bütün klubları geridə qoydu