Milli komandamız bu gün növbəti yoxlama oyununa çıxıb.
Qol.az-ın məlumatına görə, Qurban Qurbanovun başçılıq etdiyi yığmamız Qırğızıstanı qəbul edib.
Rəqib millimiz üçün yad deyildi. İndiyədək 3 dəfə qırğızlarla üz-üzə gələn yığmamız iki dəfə qalib gəlib, bir dəfə isə heç-heçə etmişdi. Bugünkü matçda isə komandamız rəqibini 3 cavabsız qolla üstələyib.
Qeyd edək ki, bu, millimizin Qurban Qurbanovun rəhbərliyi altında ilk qələbəsi olub. Bunadək 3 yoxlama oyunu keçirən yığmamız Moldova və Makedoniya ilə heç-heçə edib, Belarusa məğlub olub.
29 may
Yoxlama oyunu
20:00. Azərbaycan - Qırğızıstan - 3:0
Qollar: Maksim Medvedyev, 16, Mahir Mədətov, 74, Ürfan Abbasov, 84
Hakimlər: Ali Palabıyık, Serkan Olguncan, İbrahim Çağlar Uyarcan, Alper Ulusoy (hamısı Türkiyə)
Bakı. Olimpiya Stadionu
Musiala əməliyyat olundu
Bundesliqa klubundan "Nyukasl"a keçdi
FİFA cəzasını təxirə saldı
“Şamaxı”dan növbəti transfer
İngiltərə millisində itki
"Qəbələ" yeni mövsüm hazırlıqlarına başladı - Şəkillər
"Real"ın futbolçuları bütün klubları geridə qoydu
"Onlar haqqında hər şeyi bilirik" - Tomas Tuxel
Sabiq "Çelsi"li karyerasını bitirdi