"Çətin keçən mövsüm ərzində klubda baş verən bütün hadisələrdən xəbərdarsınız. "Keşlə"nin Azərbaycan kubokuna sahib çıxması bütün komandanın zəhmətinin bəhrəsidir. Fikirləşirəm ki, artıq pis günlər arxada qalıb. Uğurlarımızı davam etdirməyə çalışacağıq".
Qol.az-ın məlumatına görə, bunu Azərbaycan Kubokunun finalında "Qəbələ"ni 1:0 hesabı ilə məğlub edən "Keşlə" klubunun prezidenti Zaur Axundov deyib. Paytaxt təmsilçisinin rəhbəri daha sonra jurnalistlərin sualların cavablandırıb:
- Artıq bundan sonra Avropa Liqası barədə düşünməli olacaqsınız. Baş məşqçi Yuri Maksimovla müqavilənin müddəti uzadılacaq? Ümumiyyətlə, heyətlə bağlı hansı yeniliklər olacaq?
- Maksimov nəticə verən məşqçidir. Komanda qış fasiləsindən sonra toparlandı, lazım olan səviyyədə futbol sərgilədi. Baxmayaraq ki, bir çox futbolçular kollektivə yeni qoşulmuşdular. Bir-birlərini başa düşmək üçün vaxt lazım idi. Ancaq baş məşqçi və futbolçular öz peşəkarlıqlarını göstərdilər. Çətin keçən 5 ayın zəhməti öz bəhrəsini verdi. Həm məşqçidən, həm də komandadan razıyam. Artıq sabahdan avrokubok hazırlığına start veriləcək. Komandamızın qitə miqyasında da yaxşı nəticə qazanmasına çalışacağıq.
- Deyilənə görə, finaldakı qələbəyə üçün yaxşı mükafat söz vermisiniz...
- Udan adama mükafat verilməlidir də. Bu, yüz faiz olmalıdır (gülür).
- Söhbət hansı məbləğdən gedir?
- İcazə verin, bu, klubun daxilində qalsın.
- Yeni legioner transferləri hansı ölkələrdən olacaq?
- Məşqçi və rəhbər heyəti olaraq, bu oyunu gözləyirdik. Yəqin ki, sabahdan baş məşqçi avrokuboka hazırlıq üçün öz proqramını ortaya qoyacaq. Komandaya yeni nəfəs gətirəcək. Danışığımız da belə olub. Baş məşqçi seleksiya işini hansı formada istəsə, biz də işimizi həmin istiqamətdə görəcəyik.
- "Keşlə" növbəti mövsümdə Premyer Liqada medallar uğrunda mübarizə aparacaq?
- Özümü tərifləməyim, futzalda da hədəfim həmişə yüksək yerlər olub. Növbəti mövsümdə ilk “üçlük” üçün oynayacağıq (Report).
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video
Portuqaliya millisinin kapitanı kim olacaq?