"Qarabağ" klubunun sahibi Abdulbari Gözəl komandanın qızıl medallarla mükafatlandırılma mərasimindən sonra Qol.az-ın müxbirinin də iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablanıdırıb.
- Bu çempionluğu necə dəyərləndirərdiniz?
- İlk gündən "Qarabağ"a dəstək verdik. Adı, ruhu üçün dəstək verdik. Məqsədimiz "Qarabağ"ı tanıtmaqdır. "Qarabağ"la çempion olduq, Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandıq. Bunların hamısını bacara bildik. "Qarabağ"ı dünyaya çıxardıq, komandamız Azərbaycanın səsi oldu. Buna görə çox sevinirik. Azərbaycan xalqı da komandamızı çox dəstəklədi. Şirkət olaraq da əziyyət çəkən, zəif təbəqənin yanındayıq. İnsanları işlə təmin edirik. Bəzən deyirlər ki, "Azersun" fəhlə şirkətidir. Bu, bir həqiqətdir. Xeyli insanın əməyini bir araya gətirib, onlara rəhbərlik edirik. Sevinirik ki, ardıcıl 5-ci ildir çempion oluruq.
- Çempionlar Liqasında nəyə ümid edirsiniz?
- Bu mövsüm işimiz çox çətindir. Çünki Avropanın ən güclülərinə Çempionlar Liqasının təsnifat mərhələlərində rəqib olacağıq. Ona görə də hazırlıqlar görəcəyik. Baş məşqçimiz Qurban Qurbanov ağıllı insandır. Biz ona hər cür səlahiyyəti vermişik. Özü də nə etməli olduğu üzərində düşünüb. Ümidvaram ki, yaxşı nəticə göstərəcəyik.
- Yeni transferlər olacaqmı?
- Mütləq! Bir neçə gün səbirli olsanız, görəcəksiniz. Yaxşı alternativlər var.
- Avropanın transfer bazarında qiymətlərin qalxması "Qarabağ"ın siyasətinə təsir edəcəkmi və büdcəniz artırılacaqmı?
- Büdcə ötən mövsümlərdəki kimi olmayacaq. Amma təbii ki, bu gün Avropa ilə ayaqlaşmaq çox çətindir. Onlar illərin klublarıdır, bilet satırlar, gəlirləri var. Onlar klubdan pul qazanırlar. Biz isə kluba sərmayə qoyuruq. Qoy, Azərbaycanda elə bir gün yetişsin ki, camaat varlansın, pullansın, biz də biletin birini 50 manata sataq. O zaman bizim də pulumuz olacaq, biz də Avropadakı klublar kimi olacağıq.
- Bəs qoyduğunuz vəsaitin Avropadan sizə gəlir gətirəcəyini nəzərə almısınız?
- Əlbəttə, bunu da nəzərə alırıq. Çünki avrokuboklara yüksəlməsək, çox şey itiririk. Vəsiqə qazandıqda xərcimizin çox hissəsini geri qaytara bilərik. İrəli getməyə məcburuq. Futbol isə yuvarlaqdır. Dönə-dönə hara getdiyi bilinmir. Bir az da şans, cürət, çalışmaq öz rolunu oynayır. Biz komandaya tam dəstək veririk.
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video