"Maraqlı görüş alındı. Yaxşı, sürətli oyun getdi. Hər iki komanda kombinasiyalı oyuna üstünlük verdi. Çoxlu qol epizodları oldu. Düşündüyüm çox şey meydanda alınırdı. Xırda səhvlərdən qələbəni əldən verdik, hətta məğlub olduq. Məğlubiyyət üzücüdür. Uduzmaq istəməzdik. Məncə, buna layiq deyildik".
Qol.az-ın “sportnet.az”a istinadən yaydığı xəbərə görə, bunu Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Rəşad Sadıqov evdə Gürcüstan yığmasına 1:2 hesabı ilə uduzduqları yoldaşlıq görüşündən sonra keçirdiyi mətbuat konfransında deyib. 36 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb...
- Komanda qol buraxdıqdan dərhal sonra daha bir qol buraxdı...
- Bu, həmişə olur. Komanda bir qol buraxdıqdan sonra konsentrasiya itir. Futbolda belə şeylər tez-tez baş verir.
- Ən çox nədən narazı qaldınız?
- Komanda yenidir. Ümumən razı qaldım. Narazı qaldığım məqam isə budur ki, beynəlxalq görüşlər ən xırda səhvləri belə bağışlamır.
- Bu gün limitsiz əvəzetmə var idi. Bu, kimin təşəbbüsü idi?
- Oyundan öncə bu barədə danışığımız oldu. Sonra ortaq qərara gəldik ki, əvəzetmə limitsiz olsun. Mən də çox oyunçuya şans verdim. Elə oyunçular meydana çıxdı ki, ilk dəfə millidə şans qazandılar. İlk oyundur, səhvlərin olması normaldır. Uduzmaq istəməzdik. Mənim də öz planlarım var idi.
- Ozancan Kökcüyə niyə ikinci hissədə şans verdiniz?
- Ozancanı tanıyıram. Buna görə start heyətində Kamran Əliyevə şans verdim.
- Bundan sonra planınız necədir: bu oyunçulardan hansılar U-21-ə cəlb olunacaqlar?
- Mayın 27-dək birgə olacağıq. Bundan sonra qərar verəcəyik ki, kimlər U-21-də olacaq, kim klubuna qayıdacaq. Bu gündən sonra hamı klubuna qayıdacaq. Növbəti turda komandalarında olacaqlar. Daha sonra isə yenidən yığmaya qayıdacaqlar.
- Rusiyaya səfərinizin səbəbi nə idi?
- Orada 2000, 1998, 1999-cu il təvəllüdlü futbolçular var. Onları izləmək istədim. Kamranın milliyə cəlb edilməsi barədə də söhbət oldu. Türkiyəyə və Ukraynaya da gedəcək, oradakı futbolçularımızla da maraqlanacağam. Elə oyunçular var ki, gəlmək istəmir, onlarla da danışacağam.
- Bu gün kimin oyunundan daha çox razı qaldınız?
- Ümumi götürsək, hamının oyunundan razı qaldım.
- Premyer Liqanın son turunda "Qəbələ” ilə matçda oynayacaqsınız?
- Bəli, həmin oyuna optimal heyətdə çıxacağıq.
- Riçard Almeydann komandadan ayrılması gündəmdədir. Bir kapitan kimi onun komandada qalması üçün danışa bilərsiniz?
- Ona çox ciddi təkliflər var. Bir-iki komandadan deyil. O özü belə, qərara gələ bilməyib. Müqavilə müddətinin sonuna kimi canla-başla mübarizə apardı. Yeni təklif var deyə, özünü zədədən qorumadı. Riçard mənim üçün dostdur. Onun oyununa baxanda həmişə həyəcanlanacağam. Çox istərdim ki, bundan sonra da uğurlu olsun.
- "Qarabağ”da gedənlər çoxdur. Komandanı yenidən qurmaq çətin olmayacaq?
- Əlbəttə, çətin olacaq. Bir neçə il idi ki, komanda bir yerdə oynayırdı, komplektləşmişdi. Bizim üçün ən çətin transfer dönəmi olacaq. Yaxşı futbolçu tapmaq çətindir. Bizə deyirlər ki, niyə güclü futbolçu transfer etmirsiniz? Gəlmirlər, vallah gəlmirlər. Baxırlar ki, çempionatda 8 komanda var. 4-5-i süni örtükdə oynayır, azarkeş sayı azdır. Bizi ehtiyat kimi 2-ci, 3-cü planda saxlayırlar ki, digərləri alınmasa, bura gəlsinlər.
Həm zədələndi, həm rekorda imza atdı
Rüfət oynadı, komandası qalib gəldi
"Qalatasaray" 7 qollu matçda qələbə qazandı
"Zirə"nin qələbəsindən - Video
Acun Ilıcalının klubu yenə məğlub oldu
“Vəziyyəti dəyişmək üçün vaxtımız var” - Yeton Bekiri
Vinisiusun “Real”də oyun vaxtı azalıb
"Şəfa" - "Araz-Naxçıvan" matçında vurulan 4 qol - Video
“Zirə”dən qələbə, “Şəfa” - “Araz-Naxçıvan” matçında heç-heçə
“Son iki oyunda 4 xalımız əlimizdən alınıb” - Zaur Həşimov
Maksimov “Şəfa” ilə heç-heçəni dəyərləndirdi
“Tottenhem” son dəqiqələrdə məğlub oldu
Osimhen əməliyyat olundu
“Zirə” - “Qəbələ”: Heyətlər
Ozan Canın komandasından inamlı qələbə
“Yamal 7 "Qızıl top" qazansa, təəccüblənmərəm”
Tanınmış idmançılardan Zəfər bayramı təbriki - Video
“Şəfa” – “Araz-Naxçıvan” oyunu niyə gecikir?
“Kəpəz” yoxlama oyunu keçirəcək
"Şəfa" - "Araz-Naxçıvan": Heyətlər
Azərbaycan U-21 millisinin heyəti açıqlandı
PSJ-dən Dembele qərarı
Emin Mahmudovdan milliyə vida, “Neftçi”yə mesaj
İngiltərə millisinin sabiq futbolçusu karyerasını bitirdi
A Seriyasının ayın ən yaxşı məşqçisi seçildi
Prezident Xankəndi Stadionunun açılışında - Şəkillər
Musa Qurbanlı: “Çempionluq hədəfimizdən əl çəkməyəcəyik”
İnfantino planlarından imtina etdi
Türkiyə klubunda yeni baş məşqçi
Neymarın atası “Santos”un baş direktoru oldu
“Hamburq” “Borussiya”nı məğlub etdi
Superliqada 11-ci tura start verildi
Cəlal oynadı, komandası qalib gəldi
"Emin Mahmudov "Neftçi"nin məşqçisi ola bilər"
Liderin qalibiyyətindən - Video
Vernidub qələbələrin sirrini açıqladı
"Qarabağ"la oyunu potensial 3 xal fürsəti kimi görürəm"
Toral Bayramov öz qapısına elə bir qol vurdu ki… - Video
"Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Kurban Berdıyev "Qarabağ" üzərində qələbəni şərh etdi
“Qarabağ” azarkeşləri: “Bu azarkeşin haqqını verin!” - Video