"Qarabağ" Əfranla yolları ayırır

"Qarabağ" Əfranla yolları ayırır
ÖLKƏ FUTBOLU 16 May 2018 / 13:34 8306
-  A +

"Qarabağ" futbolçusu  Əfran İsmayılovla yollarını ayırır.

Qol.az-ın əldə etdiyi məlumata görə, müqaviləsi bu mövsümün sonu başa çatan 29 yaşlı yarımmüdafiəçinin sözləşməsinin uzadılmamasına qərar verilib. Millimizin üzvü Ağdam klubunun bugünkü məşqinə qatılmayıb.

Qeyd edək ki, 2006-2013-cü illərdə də "Qarabağ"ın şərəfini qoruyan Ə.İsamyılov 2015-ci ildən Ağdam klubunda  çıxış edirdi.

Xaırladaq ki, "Qarabağ" bundan əvvəl braziliyalı yarımmüdafiəçi Pedro Enrike ilə də yolları ayırıb.

Dünya Çempionatı 2026
Son xəbərlər
04.07.26  22:23

Erve Renar istefa verdi

topaz banner