"Qarabağ”ın futbolçusu Maksim Medvedyev evdə "Neftçi”yə 0:1 hesabı ilə uduzduqları Topaz Premyer Liqasının 26-cı turunun matçından sonra brifinq keçirib. Qol.az-ın xəbərinə görə, təcrübəli müdafiəçi jurnalistlərin suallarını cavablandırıb...
- Komandanız niyə uduzdu?
- Bu oyuna yaxşı hazırlaşmışdıq. Biz hər oyunda qalib gəlmək istəyirik. İstəyimiz də çox idi. Amma rəqibin istəyi bizi üstələdi. Öz səhvimizdən qol buraxdıq. Ümumiyyətlə, oyunumuz da alınmırdı. Hiss olunurdu ki, mövsümün sonlarıdır. Sanki bir az arxayınlıq da var idi. Ona görə də bəzi şeylər bizdə alınmadı. "Keşlə” və "Qəbələ” ilə oyunlarımız qalıb. Çalışacağıq ki, daha yaxşı oynayaq. Səhvlərimizi təkrarlamamağa çalışaraq, yaxşı nəticə qazanmağa can atacağıq.
- Səncə, bu hesab müəyyən söz-söhbətlərə gətirib çıxaracaq?
- Hansı söhbətlərə?
- "Neftçi”yə xal daha çox lazım idi...
- Bununla deyil ki... "Zirə” ilə də oynadıq, sona qədər. "Neftçi” ilə görüşdə isə qol imkanlarımızdan istifadə edə bilmədik. Fikrimcə, oyun baxımından yaxşı oynadıq, istək isə "Neftçi”də yaxşı idi.
- Hücumçularınız niyə fərqlənə bilmədi?
- Həm hücumçularımızda, həm də yarımmüdafiəçilirmizdə qol vurmaq şansı var idi. Sadəcə, alınmadı, son nöqtəni qoya bilmədik. Son nöqtəni qoya bilsəydik, "Neftçi”yə 3-4 qol vura bilərdik.
- Coşqun Diniyevin etdiyi səhv haqda nə deyə bilərsən?
- Belə səhvlər olur. "Real”ın oyununda da belə səhv olmuşdu, Kərim Benzema da belə qol vurmuşdu. Futboldu da, böyük komandalarda da belə şeylər olur. Əsas odur ki, həmin səhvdən sonra sınmayasan, oyuna davam edə biləsən. Çalışasan ki, səhvi düzəldəsən.
- Fasilədə Coşqun Diniyev həmin epizoddakı səhvi necə izah etdi?
- Coşqun elə bir şey demədi. Futboldu da, olur belə şeylər. Baş məşqçimiz ona pis mənada bir söz demədi, irad bildirmədi. Sadəcə, gördü ki, Coşqun psixoloji cəhətdən düşüb və qərara gəldi ki, meydana buraxmasın. Onun yerinə Qara Qarayevi buraxdı.
- Bəlkə futbolçular yavaş-yavaş Çempionlar Liqasını düşünməyə başlayıb...
- Ola bilər. Çempionatda qalib gəlmişik. Fikrimiz bu dəqiqə Çempionlar Liqasındadır. Ancaq bu oyunlara da məsuliyyətsiz yanaşa bilmərik. Çünki biz peşəkarıq, sona qədər mübarizə aparmalıyıq, üstəlik performansımız da yüksəlməlidir.
- Riçard Almeyda və Rəşad Sadıqov meydanda yox idi. Bunun məğlubiyyətə təsiri nə qədər idi?
- Bu cür təcrübəli oyunçular meydanda olmayanda çətinliklər yaranır. Oyunu ələ almaq lazım olur. Amma onlar yox idi. Taktiki dəyişikliklər də oldu. Bəzi epizodlarda oyunçular da bir-birini başa düşmürdü. Onlar olsaydı, daha yaxşı olardı. Hamı istəyərdi ki, oynasın. Onların yerinə meydanda olanların da mübarizə apardıqlarını düşünürəm.
- Çempionlar Liqasında uğurlu çıxış etmək üçün “Qarabağ”a səviyyəli hücumçular lazım olması fikriylə razısan?
- Əlbəttə ki, Çempionlar Liqasında yaxşı çıxış etmək üçün hər bir komandaya yaxşı futbolçular lazımdır. Amma unutmayaq ki, hər bir klubun öz büdcəsi var. Axı biz bura Kriştiano Ronaldonu gətirə bilmərik. Çünki bahalı futbolçudur. Komandanın istədiyi futbolçular da bura gəlməyə razılıq vermir. Çünki baxırlar ki, çempionatda cəmi 8 komanda var. Ona görə də bura futbolçu gətirmək çətin olur. Komanda istəyərdi ki, büdcəsinə uyğun çox futbolçu alsın. Hər bir mövqedə yeni futbolçuya ehtiyacımız var. Çünki bu il bir çox futbolçunun müqaviləsi də başa çatır. Necə olacaq, hansı oyunçular gedəcək, hansılar qalacaq, hələ sual altındadı. Hazırda baş məşqçimiz bu problemi həll edir.
Bundesliqa klubundan "Nyukasl"a keçdi
FİFA cəzasını təxirə saldı
“Şamaxı”dan növbəti transfer
İngiltərə millisində itki
"Qəbələ" yeni mövsüm hazırlıqlarına başladı - Şəkillər
"Real"ın futbolçuları bütün klubları geridə qoydu
"Onlar haqqında hər şeyi bilirik" - Tomas Tuxel
Sabiq "Çelsi"li karyerasını bitirdi
"Meksika futbolu üçün tarixi matçlardan biri olacaq"
Bu da “Qarabağ”ın 8-ci transferi - Rəsmi
Həm bombardirdilər, həm də "tənbəl"
DÇ-2026-da ən çox qol epizodu yaradan müdafiəçi oldu
Braziliya Norveç tilsimini qıra biləcək?
"Zirə" afrikalı oyunçu transfer etdi
"Real"ın ilk tur matçı təxirə salına bilər
"Fənərbaxça"dan kapitanla bağlı qərar - Rəsmi
"Real" növbəti transferini açıqladı
Klopp Almaniya millisinin baş məşqçisi olacaq
Azərbaycan cüdoçusu Praqada gümüş medal qazandı
"Kəpəz"in daha bir rəqibi müəyyənləşdi
Fransanı 1/4 finala yüksəldən qələbə - Video
Duqlas Kostanın yeni klubu bilindi
“Mbappe əlimi sıxmaqdan imtina etdi” - Video
Ançelotti Norveç millisini təriflədi
Adi top azlıq etdi, XXL gətirdilər - Video
“Vestri” “Qarabağ”la oyundan əvvəl xal itirdi
Mərakeşin böyükhesablı qələbəsi - Video
İngiltərə millisi gücləndirilmiş mühafizə altında
DÇ-2026: Braziliya Norveçə qarşı
Mbappe Messini keçdi - Bombardirlik yarışı
Fransa və Mərakeş 1/4 finalda - DÇ-2026
Paraqvay – Fransa matçının start heyətləri açıqlandı
Hakim qərarı Kabo-Verde azarkeşlərini özündən çıxardı
Erve Renar istefa verdi
"Qarabağ"dan 1-ci liqa klubuna keçdi
"Turan Tovuz" yeni qapıçı transfer etdi
Mərakeşin futbolçusu sıradan çıxdı
Argentina Almaniyanın DÇ rekordunu təkrarladı
"Beşiktaş" futbolçusu ilə yollarını ayırdı
"Son oyunlardakı performansımız kifayət etməyəcək"
Kanada - Mərakeş: Heyətlər
"Barselona"dan Əl-Hilal"a keçə bilər