Yeni yaranan “Xəzər” komandası iddiasını göstərdiyi nəticələrlə ortaya qoymaqdadı. Birinci divizionda yarışan bu komanda hazırda turnir cədvəlində liderdi və yeni mövsümdən Premyer Liqada oynamaq əzmindədi. Əgər...
Əgərə sonra toxunacağıq. Hələlik gələk ötən yay Azərbaycanın "futbol ailəsi"nə qoşulan bu kluba.
Kimindi “Xəzər”?
Prezidenti Mahir Məmmədov gənc iş adamıdı, İngiltərədə təhsil alıb, bank sahəsində çalışır. Klubda əsas icraçı isə keçmiş telejurnalist Emin Abbasovdu. O, buradakı fəaliyyətinin ilk aylarında tanınmış şərhçi Gündüz Abbaszadəni də “Xəzər”ə - menecer vəzifəsinə cəlb edib. Daha sonra “Neftçi”dən ayrılan Elşad Əhmədov komandanın baş məşqçisi təyin olunub. Bu təyinata qədər alt sıralarda olan “Xəzər” qışda Antalyada təlim-məşq toplanışı keçdi (birinci divizion klubu üçün ənənəvi olmayan hal) və həm klub rəhbərliyinin, həm də baş məşqçinin birgə uğurlu işi sayəsində hazırda komanda birinci divizionda liderdi, Premyer Liqaya vəsiqəni təmin etməyə yaxındı.
Yeni yaranan bu klubla bağlı ən əsas müsbət məqamlardan biri odur ki, AFFA ilə yaxından-uzaqdan heç bir bağlılığı yoxdur.
Müstəqil klubdu. Yəni birinci divizionda (eləcə də Premyer Liqada) yarışan komandaların əksəriyyətindən fərqli olaraq, SOCAR-dan, federasiyadan maliyyələşmir. AFFA-dan asılı olmayan “Qarabağ”, “Qəbələ” və “Zirə” kimi. Ümumiyyətlə, uzun illərdi çökməkdə olan futbolumuzu düzəltmək üçün belə klublara ehtiyac var. Təcrübə də (“Qarabağ” və “Qəbələ”nin timsalında) göstərir ki, son illər federasiyadan maddi asılılığı olmayan bəzi klubların işi daha doğru qurulub, nəinki asılı olanların. Bunu onların avrokuboklarda göstərdiyi nəticələr də təsdiqləyir. Bu mənada, hazırkı mərhələdə yeni yaranan kluba azarkeş və media dəstəyi ilə yanaşı AFFA-nın kömək göstərməsi (söhbət maddi köməklikdən getmir) vacibdi. O kömək necə ola bilər? Texniki-infrastruktur sarıdan dəstəyi bir kənara qoysaq, əsas məsələ klubun qarşısına lisenziya şərtləri ilə bağlı əngəlin çıxarılmamasıdı. Məlumdur ki, “lisenziyalaşdırma tələblərini yerinə yetirə bilməmək” adı altında neçə illərdi birinci diviziondan bir çox komanda Premyer Liqaya buraxılmayıb. Ən son biz bunu divizionun qalibi “Turan”ın timsalında gördük. AFFA komandanın pulunun olmadığı əsas gətirərək bölgə təmsilçisi Tovuzun Premyer Liqada çıxışına qadağa qoydu, amma əvəzində paytaxt Bakının Səbail rayonunu təmsil edən və faktiki azarkeşi olmayan klubu yüksək liqaya buraxdı. Çünki həmin komandaya pul tapılmışdı. Hardan? “Səbail”in AFFA-nın və SOCAR-ın prezidentinin oğluna qeyri-rəsmi bağlılığı bu suala qismən də olsa cavab verir. Əlbəttə, federasiyanın yaxın keçmişdə buraxdığı və futbol ictimaiyyətinin haqlı etirazına səbəb olan bu qərarları üzərində çox dayanmaq olar. Amma mövzu bu deyil.
Biz yenidən qayıdaq “Xəzər”ə.
Klubun bugünlərdə daha bir uğurlu ideyası haqda mətbuatda məlumat yayıldı ki, bu da bölgədəki futbol azarkeşlərini sevindirməyə bilməz. “Xəzər” hazırda paytaxt Bakını təmsil etsə də, Premyer Liqaya buraxılacağı halda Quba rayonunun adından çıxış etmək fikrindədir. Yəni klubun idarəçiləri həqiqətən çox həvəslidilər: məqsədləri bir çox klubda olduğu kimi futboldan pul yemək, oranı korrupsiya bataqlığına çevirmək yox, faydalı işlər görüb, artıq gələcəkdə, bir neçə il sonra xaricdəki bütün normal klublar kimi pul qazanmaqdır.
Amma bunun üçün, ilk növbədə də bölgələrdə futbolun canlanması naminə AFFA-nın rəhbərliyi futbola sərmayə qoyan iş adamlarına lisenziyalaşdırma məsələsində müəyyən güzəştə getməlidi. Çünki onsuz da çoxdandı imkanlı iş adamları futboldan üz döndəriblər. Bu mənada, indi kimsə öz xoşuyla bu səhəyə yatırım edirsə, onları süni əngəllərlə iyrəndirib burdan uzaqlaşdırmaq yox, əksinə dəstək verib qorumaq lazımdı.
Onları qorumağın başlıca yollarından biri də “Xəzər” kimi yeni yaranan və ilk baxışda uğurlu gələcək vəd edən komandanı Premyer Liqaya buraxmaqdı...
Aydın BAĞIROV
[email protected]
Qrizmann bu kluba keçir
Flikin "Barselona"sı Valverdenin rekorduna yaxınlaşır
Dörd gün ərzində iki qırmızı vərəqə aldı
"Real" futbolçularının milliyə çağırılmasına etiraz etdi
"Titullar meydanda qazanılır"
"Kristal Pelas"da Şon Dayç dövrü başlaya bilər
"Son oyunundan məmnun qalmadım, rotasiya etdik"
"Tottenhem"dən ağır məğlubiyyət
Səfər qadağası "Ayaks" azarkeşlərini dayandırmadı - Video
Nəriman ilk oyunundan paylaşım etdi - Şəkillər
Sonuncu pillədə yer alan klubda yeni baş məşqçi təyinatı
"Barselona" liderliyini möhkəmləndirdi
"Mançester Siti" final matçına itki ilə çıxacaq
Azərbaycan millisinin yekun heyəti açıqlandı
İrqçi təhqirlərə görə Premyer Liqa matçı dayandırıldı
"Barselona" futbolçularından sabiq ulduza ad günü jesti
Kökçünün komandası yenə uduzdu
Bakıya gələ bilməyən millinin baş məşqçisi istefa verdi
Tanınmış futbolçu karyerasını bitirdi
Emin Mahmudov Qurban Qurbanova çatdı
Mikels Nasimovun rekordunu təkrarladı
Mahir Emreli Miroslav Kloze ilə görüşdü - Şəkillər
Modriç "Top-5" liqalarında 2-ci oldu
665 gün sonra meydana qayıtdı
Yaxın Şərqdəki vəziyyətə görə Bakıya gələ bilməyəcəklər