Almaniyanın op-online.de xəbər portalı "Ayntraxt"ın aşağı yaş qruplarından ibarət komandalarındakı problemlərdən bəhs edən yazı dərc edib.
Qol.az-ın məlumatına görə, yazıda klubun U-19 komandasından hansısa futbolçunun əsas komandaya oynamaq şansının az olduğu vurğulanıb. Həmin oyunçular arasında millimizin üzvü Renat Dadaşovun da adı yer alıb:
“Noel Knot, Nelson Mandela, Şahverdi Çətin, Renat Dadaşov və Deyi Beyreuter kimi gənc futbolçular peşəkar müqavilə bağlasalar da, onlar yaxşı mövsüm keçirmirlər və inkişaf etmirlər. Bu, böyük problemdir. Çünki bu futbolçular yeni mövsüm üçün heç bir perspektiv vəd etmirlər. Onların əsas komandaya yüksəlmək və sıçrayış etmək şansları çox azdır. Artıq U-23 komandası olmadığından, bu futbolçular oyun praktikasının azlığından əziyyət çəkəcəklər. Onların oynaya bilmələri üçün başqa komandaya keçmək yolu qalır".
"Arsenal"dan getdi
Zinçenko klubsuz qaldı
“Neftçi”nin 4 rəqibi
Fransa - İsveç: Heyətlər
Haalanddan zəif göstərici
"Marsel"də baş məşqçi ayrılığı
Braziliya millisində itki
"Onlar akademiyalarda, biz isə çətinliklər içində böyüdük"
Dünya çempionatlarında yalnız 3 milli bunu bacarıb
Portuqaliyalı hücumçu "Milan"da
"Zirə" Türkiyə klubuna məğlub oldu