“Barselona” 18 yaşlı futbolçu aldı

“Barselona” 18 yaşlı futbolçu aldı
XƏBƏR 25 Yanvar 2018 / 22:00 4793
-  A +

“Barselona” heyətinə yeni oyunçu cəlb edib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Kataloniya təmsilçisi “Monreal İmpakt”ın futbolçusu Jan-İv Tablanı transfer edib.

18 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb. O, klubun B komandasında oynayacaq.

Qeyd edək ki, Tabla ötən il MLS liqasında 21 oyun keçirib və 2 qol vurub.

Son xəbərlər
topaz banner