"Mançester Yunayted" Mourinyo ilə müqaviləni uzatdı - rəsmi

"Mançester Yunayted" Mourinyo ilə müqaviləni uzatdı -  rəsmi
XƏBƏR 25 Yanvar 2018 / 21:42 2577
-  A +

“Mançester Yunayted” baş məşqçisi Joze Mourinyo ilə müqaviləni uzadıb.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, yeni sözləşmənin müddəti 2020-ci ilin iyun ayına qədərdir. 54 yaşlı çalışdırıcının mövcud müqaviləsi 2019-cu ilin yayında başa çatırdı.

Qeyd edək ki, portuqaliyalı mütəxəssis 2016-cı ildən “MY”i çalışdırır. Komanda onun rəhbərliyi altında İngiltərə kubokunun və Avroliqanın qalibi olub.

Son xəbərlər
topaz banner