"Azərbaycan favorit, biz isə autsayderik" - Malta millisinin kapitanı

"Azərbaycan favorit, biz isə autsayderik" - Malta millisinin kapitanı
XƏBƏR 25 Yanvar 2018 / 14:46 2953
-  A +

"Çox çətin qrupa düşmüşük. Yaxşı rəqiblərlə qarşılaşacağıq. Bacardığımız qədər irəli getmək istəyirik".

Bu sözləri Qol.az-a açıqlamasında Kiprin "Apollon" klubunun hücumçusu Andre Şkembri deyib. Millətlər Liqasının D divizionunda Azərbaycan, Kosovo və Farer adaları ilə eyni qrupda yer alan Malta millisinin kapitanı komandasının şanslarını dəyərləndirib. 31 yaşlı forvard yığmamızı favorit sayır: "Favorit Azərbaycan millisidir. Komandanız qrup lideri olmağa ən real namizəddir. Autsayder isə bizik. Çünki bizim futbolçularımız peşəkar deyillər".

Millimiz Malta ilə sonuncu dəfə AÇ-2016-nın seçmə mərhələsində üz-üzə gəlib. 2015-ci ilin martında Bakıdakı görüşdə 2:0 hesablı qələbə qazanan komandamız sentyabr ayında səfərdə heç-heçə (2:2) oynamışdı. 3 il əvvəlki görüşü də xatırlayan kapitan həmin nəticəni təkrarlamağın mümkünlüyünü istisna etməyib: "Düzdür, bizə çox çətin olacaq. Amma 3 il əvvəl Azərbaycandan xal ala bilmişdik. Məncə, həmin nəticəni təkrarlamaq, hətta rəqibi məğlub etmək də olar. Hər şey mümkündür. Amma istənilən halda işimiz asan olmayacaq".

Qeyd edək ki, yığmamız Millətlər Liqasında Malta ilə ilk oyununu sentyabrın 10-da səfərdə keçirəcək.

Son xəbərlər