"Avropa çempionatından əvvəl İran kimi güclü komanda ilə qarşılaşmaq xeyrimizə oldu. Bu matçlarda səhvlərimizi müəyyənləşdirdik, hansı çatışmazlıqları aradan qaldırmalı olduğumuzu dəqiqləşdirdik”.
Qol.az-ın məlumatına görə, bu sözləri futzal üzrə Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynli deyib.
Azərbaycan Futzal Federasiyanın rəsmi "Facebook" səhifəsinə fikirlərini açıqlayan qolkiper Avropa çempionatına hazırlıq məqsədilə İranla keçirilən yoxlama oyunlarını dəyərləndirib. “Birinci oyun daha sürətli və bir qədər də aqressiv keçdi. Tyaqonun yoxluğu müdafiədən çıxmağımızda, eləcə də hücumlar qurmağımızda bizə çətinlik yaratdı. Məşqlərdə bu cür tapşırıqları edərkən oyunu əsasən onun üzərində qururduq. Məcbur olub başqa taktika ilə oynadıq. İkinci oyunda sürət aşağı idi ki, bunu da yorğunluqla əlaqələndirmək olar. Çünki belə güclü komanda ilə ardıcıl iki gün ərzində oynamaq çox çətindi. Həm də Vassouranın yoxluğu hiss olundu. İran və Fransa yığmalarının oyun üslubu bir-birinə yaxındır. Bu da bizim üçün əla sınaq oldu. Bildik ki, nələri düzəltməliyik, harda axsayırıq. Xətai, Ramiz, İsa oyunlarda özlərini yaxşı tərəfdən göstərə bildilər. Fineo, Vassoura və Vitali komandaya gec qoşulduqlarına görə, müəyyən problemlər yaşandı. Ancaq çempionata qədər bunun yoluna qoyulacağına əminik".
Onun sözlərinə görə, yığma Avropa çempionatına təxminəm 80-90 faiz hazırdır: "Qarşıdakı 7-8 gündən də maksimum istifadə edəcəyik. Təbii ki, rəsmi və yoldaşlıq oyunları tam fərqlidir. Çalışdıq Fransa ilə oyunda etmək istədiklərimizi bu matçlarda tətbiq edək. Fransa ilə oyun bizim üçün finala bərabərdir. Çünki növbəti mərhələyə aparan yol bu matçdan başlayır. Komandamız üçün uğurlu bir yarış olacağına inanıram”.
La Liqaya haker hücumu
“Çelsi” Alonsoya şans verəcək
“Mançester Yunayted”ə qayıda bilər
Musiala məşqdə yenə huşunu itirdi
Renat Dadaşovun komandasından qələbə
Premyer Liqada yeni tamaşaçı rekordu
“Avrokuboklara vəsiqə qazansaq...” - Azər Məmmədov
“Kəpəz” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə bu dəfə də ehtiyatda qaldı
“İmişli”nin baş məşqçisi təyin edildi
"Kəpəz" - "Qarabağ" matçında heç-heçə, "Neftçi"dən qələbə
Mahir oynadı, komandası qalib gəldi
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
Gəncədəki qarşılaşmaya Mehman Allahverdiyev start verdi
Maksimov “Neftçi”yə məğlubiyyətdən danışdı