"Zirə" günü 2 məşqlə tamamladı

"Zirə" günü 2 məşqlə tamamladı
XƏBƏR 24 Yanvar 2018 / 21:41 1492
-  A +

Antalyada təlim-məşq toplanışında olan “Zirə” çalışmalarını davam etdirir.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, komanda bu gün biri səhər, digəri isə axşam olmaqla iki məşqə çıxıb. Günün ilk çalışmalarında “Zirə” əsasən texniki-taktiki hazırlıqlara üstünlük verib. “Qartallar” günün ikinci məşqində isə fərdi hazırlıqlarla kifayələnib.

Qeyd edək ki, “Zirə” Antalya toplanışı çərçivəsində ilk yoxlama oyununu yanvarın 27-də Rumıniyanın yüksək liqa təmsilçisi "Voluntari"yə qarşı keçirəcək.

Daha çox


Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner