"Çətin qrupa düşmüşük" – Malta millisinin baş məşqçisi

"Çətin qrupa düşmüşük" – Malta millisinin baş məşqçisi
XƏBƏR 24 Yanvar 2018 / 20:21 4355
-  A +

"Duyğularım qarışıqdır. Bir tərəfdən əvvəllər çalışdırdığım Farer adalarına qarşı oynayacağımız üçün sevinirəm. Digər tərəfdən isə kifayət qədər çətin qrupa düşdüyümüzü düşünürəm".

Qol.az-ın məlumatına görə, bu sözləri millimizlə Millətlər Liqasının eyni qrupunda yer alan Malta yığmasının baş məşqçisi Tom Sentfit deyib. Federasiyanın rəsmi saytına danışan mütəxəssis püşkün nəticələrini dəyərləndirib:

"Zəif rəqibimiz yoxdur, xal qazanmaq asan olmayacaq. Ən azı 1-2 ev oyunumuzda qalib gəlməliyik.
Onda bilinəcək ki, biz nə qədər irəli gedə bilərik. Kosovonu yaxşı analiz edib, hücumameylli futbol oynamalıyıq. Oyunları səbirsizliklə gözləyirəm".

Qeyd edək ki, D liqasının 3-cü qrupunda Azərbaycan və Malta milliləri ilə yanaşı, Kosovo və Farer adaları da yer alıb.

Son xəbərlər