“Şimali irlandiyalıları çox yaxşı tanıyıram. Onlarla Azərbaycan millisinin baş məşqçi kimi qarşılaşmışam”.
Qol.az-ın məlumatına görə, bu sözləri Bosniya və Herseqovina millisinin baş məşqçisi Robert Prosineçki deyib. Xorvatiyalı mütəxəssis Bosniya mətbuatına açıqlamasında Millətlər Liqasındakı rəqiblərini dəyərləndirib. Ötən ilin sonlarında yığmamızdan ayrılan çalışdırıcı Şimali İrlandiya seçməsini yaxşı tanıdığını söyləyib:
“Bu rəqiblə oynamaq asan olmayacaq, çünki aparıcı futbolçuları İngiltərədə çıxış edirlər. Həm Azərbaycan, xüsusilə də Bosniya və Herseqovina onlarla mübarizə aparmağa qadirdirlər”.
Qeyd edək ki, Bosniya və Herseqovina millisi B liqasının 3-cü qrupunda Şimali İrlandiya və Avstriya yığmaları ilə mübarizə aparacaq.
"Beşiktaş" 7 futbolçusunu göndərə bilər
Pelenin rekorduna yaxınlaşır
Mundialların "aqressiv" üçüncüsü oldu
"Ayntraxt" 18 yaşlı futbolçuya göz dikdi
FİFA bu matçla bağlı araşdırma aparmaqdan imtina etdi
Kovaçiç klubunu dəyişə bilər
Neymardan təqdirəlayiq addım
Növbəti mundiala hazırlaşırdı, istefaya göndərdilər
"Zirə"nin rəqibi bilindi
Braziliya - Yaponiya: Heyətlər
"Qalatasaray" onu hədəfə aldı
AFFA-da yeni təyinat - Şəkillər
DÇ-2026-dakı uğursuzluğa görə ölümlə hədələnir