"Xəzər" Türkiyə klubuna qalib gəldi

"Xəzər" Türkiyə klubuna qalib gəldi
XƏBƏR 24 Yanvar 2018 / 18:36 4624
-  A +

Türkiyədə təlim-məşq toplanışında olan "Xəzər" növbəti yoxlama oyununu keçirib.

Qol.az-ın xəbərinə görə,  birinci divizion təmsilçisi yerli "Kəmərspor" klubu ilə qarşılaşıb.

Oyun "Xəzər"in aşağı liqa təmsilçisi üzərində 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Xəzər"in heyətində Ramil Həsənov dubl edib.

Qeyd edək ki, "Xəzər"in Antalyada daha 3 yoxlama oyunu nəzərdə tutulub.

Son xəbərlər