"Keşlə"də braziliyalı futbolçu

"Keşlə"də braziliyalı futbolçu
XƏBƏR 24 Yanvar 2018 / 13:20 3473
-  A +

Hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirən "Keşlə"nin heyətinə yeni oyunçu qoşulub.

Klubun mətbuat xidmətindən Qol.az-a verilən məlumata görə, braziliyalı futbolçu Lukas dos Santos komandanın məşqlərində iştirak edir.

27 yaşlı yarımmüdafiəçinin çıxışı baş məşqçi Yuri Maksimovu qane etsə, onunla müqavilə imzalanacaq.

Qeyd edək ki, Lukas dos Santos karyerası ərzində əsasən Braziliyada oynayıb. O, son olaraq Finlandiyanın 2-ci liqasında çıxış edən KTP klubunda çıxış edib.

Son xəbərlər
topaz banner