“Buna görə “Sumqayıt”ın təklifini qəbul etdim” – Elnur Abdullayev

“Buna görə “Sumqayıt”ın təklifini qəbul etdim” –  Elnur Abdullayev
XƏBƏR 23 Yanvar 2018 / 18:50 4123
-  A +

"Keşlə" ilə müqaviləm var idi. Həmin vaxt "Sumqayıt"dan təklif gəldi, dəyərləndirdim".

Qol.az-ın məlumatına görə, bu sözləri "Sumqayıt"ın yeni transferi Elnur Abdullayev deyib. Klubun TV-nə danışan təcrübəli futbolçu "Keşlə"ni "Sumqayıt"a dəyişməsinin səbəbini açıqlayıb:

"Sumqayıt"ın oyununu bəyənirdim. Televiziya vasitəsilə çox matçlarına baxmışam. Bu il komanda həqiqətən də çox baxımlı oyun göstərir. Ona görə də təklifi dəyərləndirib, "Sumqayıt"a gəldim".

"Sumqayıt"la birgə Antalyada təlim-məşq toplanışında olan futbolçu komandasının hazırlıq prosesini dəyərləndirib: "Hazırlıqlar yaxşı gedir. Bakıda da fiziki məşqlərimiz oldu. Burda isə səhərlər toplu, axşamlar isə taktiki məşqlər keçilir".

Zədə səbəbindən məşqlərdə iştirak edə bilməyən Abdullayev tezliklə sıraya dönəcəyini söyləyib: "İntensiv şəkildə çalışıb, tez bir zamanda komandaya qoşulmaq istəyirəm. Komanda üçün əlimdən gələni edəcəm".

Qeyd edək ki, E. Abdullayev qış fasiləsində "Keşlə"dən "Sumqayıt"a keçib.

Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner