Premyer Liqa klubunda baş məşqçi dəyişikliyi

Premyer Liqa klubunda baş məşqçi dəyişikliyi
XƏBƏR 22 Yanvar 2018 / 09:50 2490
-  A +

İngiltərənin “Uotford” klubunda  baş məşqçi dəyişikliyi olub.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Premyer Liqa təmsilçisi Mark Silvanı istefaya göndərib.

Komandanın son uğursuz nəticələri portuqaliyalı mütəxəssisin  komandadan göndərilməsi ilə nəticələnib. 40 yaşlı məşqçi 2017-ci ilin may ayından “Uotford”u çalışdırırdı.

Klubun rəsmi saytı yeni baş məşqçisinin adını da açıqlayıb. Komandanı Xavyer Qrasiya çalışdıracaq.

Qeyd edək ki, “Uotford” 24 turdan sonra Premyer Liqada 26 xalla 10-cu pillədə qərarlaşıb.

Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu

02.05.24  20:40

Avro-2024-ü buraxacaq