“Qəbələ”nin əvəzedici komandası yoxlama oyunu keçirib.
Qol.az-ın klubu saytına istinadən yaydığı xəbərə görə, 2017-2018-ci illər mövsümünün ikinci yarısına hazırlığı davam etdirən “qırmızı-qaralar” Bakıda “Keşlə”nin əvəzediciləri ilə qarşılaşıb.
“İnter Arena”da baş tutan görüşün taleyini 1 qol həll edib. 83-cü dəqiqədə paytaxt təmsilçisinin qapısına yol tapan Tunar Mütəllimovun qolu Emin İmaməliyevin yetirmələrinə 1:0 hesablı qələbə qazandırıb. Bunadək “Ağsu” (1:2) və “Şüvəlan”la (0:0) yoxlama oyunlarında qüvvəsini sınayan əvəzedicilər qış fasiləsində ilk qələbəsini əldə edib.
Paytaxtdakı görüşdən sonra 1 günlük istirahətə buraxılan komanda yanvarın 23-də Qəbələdə bir araya gələcək. “Qırmızı-qaralar” təlim-məşq toplanışı keçirmək üçün ayın 26-da Gürcüstana yollanacaq.
La Liqaya haker hücumu
“Çelsi” Alonsoya şans verəcək
“Mançester Yunayted”ə qayıda bilər
Musiala məşqdə yenə huşunu itirdi
Renat Dadaşovun komandasından qələbə
Premyer Liqada yeni tamaşaçı rekordu
“Avrokuboklara vəsiqə qazansaq...” - Azər Məmmədov
“Kəpəz” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə bu dəfə də ehtiyatda qaldı
“İmişli”nin baş məşqçisi təyin edildi
"Kəpəz" - "Qarabağ" matçında heç-heçə, "Neftçi"dən qələbə
Mahir oynadı, komandası qalib gəldi
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
Gəncədəki qarşılaşmaya Mehman Allahverdiyev start verdi