"Neymar böyük futbolçudur, amma..." – Zidan

"Neymar böyük futbolçudur, amma..." – Zidan
XƏBƏR 21 Yanvar 2018 / 17:13 9446
-  A +

“Real”ın baş məşqçisi Zinəddin Zidan klubun transfer planlarında yer alan PSJ-nin hücumçusu Neymarla bağlı fikirlərini açıqlayıb.

Qol.az-ın “goal.com”a istinadən yaydığı məlumata görə, fransız mütəxəssis braziliyalı futbolçunu bəyənsə də, onun haqda çox danışmaq istəmədiyini bildirib:

“Mənə aid olmayan futbolçuları müzakirə etmirəm. Neymar bütün hamının xoşuna gəlir. Çünki böyük futbolçudur. Hamısı bundan ibarətdir”.

Qeyd edək ki, Neymarın adı “Real”la hallanır.


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner