Topaz Premyer Liqasının qış fasiləsində “Kəpəz” heyətinə daha bir futbolçu cəlb edib.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, əsas komandanın Bakıdakı təlim-məşq toplanışı dövründə uğurla baxışdan keçən Tural Nərimanovun Gəncə klubunda qalmasına qərar verilib. Mərkəz müdafiəçisi mövqeyində çıxış edən 28 yaşlı oyunçu ilə mövsümün sonunadək müqavilə imzalanıb.
Xatırladaq ki, Tural Nərimanov əvvəlki iki mövsümdə “sarı-göylər”in şərəfini qoruyub.
Qeyd edək ki, "Kəpəz" bundan əvvəl Murad Səttarlı (“Zirə”), Samir Zərgərov ("Keşlə"), Roman Hüseynov ("Qəbələ", icarə), Tərzin Cahangirov, Sergey Litovçenko ("Dinamo", Tbilisi, Gürcüstan), Giuli Manjqaladze ("Samtredia", Gürcüstan), Tərlan Qasımzadə ("Sabah"), Dario Federiko ("Sonnam", Cənubi Koreya) və Dieqo Souzanı transfer edib.
La Liqaya haker hücumu
“Çelsi” Alonsoya şans verəcək
“Mançester Yunayted”ə qayıda bilər
Musiala məşqdə yenə huşunu itirdi
Renat Dadaşovun komandasından qələbə
Premyer Liqada yeni tamaşaçı rekordu
“Avrokuboklara vəsiqə qazansaq...” - Azər Məmmədov
“Kəpəz” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə bu dəfə də ehtiyatda qaldı
“İmişli”nin baş məşqçisi təyin edildi
"Kəpəz" - "Qarabağ" matçında heç-heçə, "Neftçi"dən qələbə
Mahir oynadı, komandası qalib gəldi
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
Gəncədəki qarşılaşmaya Mehman Allahverdiyev start verdi