Avropa çempionatının final mərhələsinə Bakıda hazırlaşan futzal üzrə Azərbaycan millisinin düşərgəsinə daha bir oyunçu qoşulub.
Qol.az-ın Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadən yaydığı xəbərə görə, karyerasını Yaponiyanın "Agleymina Hamamatsu” klubunda davam etdirən Fineo de Araujo bu gün səhər saatlarında Bakıya gəlib. Bir müddət əvvəl Yaponiya çempionatında yaranmış fasilədən istifadə edərək, Braziliyaya baş çəkən futzalçı bu gün Olimpik Starda keçiriləcək məşqə qoşulacaq.
Qeyd edək ki, ötən ilin aprelində Bakıda Avropa çempionatının seçmə mərhələsinin oyunlarında iştirak etmiş Fineo dekabrda İrandakı beynəlxalq turnirə çağırılmayıb. Yaponiya ilə məsafənin uzaq, saat fərqinin isə çox olmasını nəzərə alan baş məşqçi Joze Alesio da Silva ona rəsmi oyunlar ərəfəsində dəvət göndərib.
La Liqaya haker hücumu
“Çelsi” Alonsoya şans verəcək
“Mançester Yunayted”ə qayıda bilər
Musiala məşqdə yenə huşunu itirdi
Renat Dadaşovun komandasından qələbə
Premyer Liqada yeni tamaşaçı rekordu
“Avrokuboklara vəsiqə qazansaq...” - Azər Məmmədov
“Kəpəz” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə bu dəfə də ehtiyatda qaldı
“İmişli”nin baş məşqçisi təyin edildi
"Kəpəz" - "Qarabağ" matçında heç-heçə, "Neftçi"dən qələbə
Mahir oynadı, komandası qalib gəldi
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
Gəncədəki qarşılaşmaya Mehman Allahverdiyev start verdi