Moldova millimizlə oyunun hazırlıqlarına başladı - Şəkillər

Moldova millimizlə oyunun hazırlıqlarına başladı - Şəkillər
XƏBƏR 16 Yanvar 2018 / 12:41 2789
-  A +

Moldova millisi Cənubi Koreya və Azərbaycanla oyunların hazırlığına başlayıb.

Qol.az-ın Moldova Futbol Federasiyasının rəsmi saytına istinadən yaydığı xəbərə görə, yeni baş məşqçi Aleksandr Spiridonun rəhbərliyi altında bir araya gələn komandanın ilk məşqi Vadul-Luy-Vodedə olub. Hazırlıq prosesində ölkə çempionatında çıxış edən futbolçular iştirak ediblər. Məşqi federasiya prezidenti Pavel Çebanu və vitse-prezident Draqoş Xinku da izləyib.

Qeyd edək ki, Azərbaycan - Moldova oyunu yanvarın 30-da keçiriləcək. Millimiz fevralın 2-də isə Kosovo ilə qarşılaşacaq.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Səhifənin yuxarısına keçidYuxarı

Son xəbərlər
24.03.26  21:14

Hakimi "Real"a keçir?

24.03.26  16:55

Depay 1 ay oynamayacaq

topaz banner