“Qəbələ” 10-cu günü 2 məşqlə bitirdi

“Qəbələ” 10-cu günü 2 məşqlə bitirdi
XƏBƏR 15 Yanvar 2018 / 00:51 851
-  A +

“Qəbələ” 2017-2018-ci illər mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyədə davam etdirir.

Qol.az-ım klubun saytına istinadən yaydığı xəbərə görə, “Qırmızı-qaralar” Antalyada keçirilən təlim-məşq toplanışının 10-cu gününü başa vurublar.

Komanda günü iki məşqlə tamamlayıb. Futbolçular günün ilk yarısında fitnes zalında çalışıblar. Onlar iki qrupa bölünərək fiziki hazırlıq təmrinlərini yerinə yetiriblər.

Axşam məşqində “qırmızı-qaralar” toplu çalışmalara üstünlük veriblər. Roman Qriqorçukun yetirmələrinin məşq prosesi ikitərəfli oyunla yekunlaşıb.

Son xəbərlər