"Keşlə"nin Müşahidə Şurasının sədri Zaur Axundov "Neftçi"ylə yoxlama oyununda brifinq keçirib. Klub rəhbəri jurnalistlərin suallarını cavablandırıb.
- Yeni transferlər haqda fikirləriniz necədi?
- Futbolçulara məşqçilər korpusu baxır. Yəqin ki, təhlillər apararaq öz qərarlarını verəcəklər.
- Rauf Əliyevin transferi nə yerdədi?
- Rauf Əliyev-“Keşlə” məsələsi yenidən gündəmi zəbt etdi. Raufa dünən öz təklifimizi etmişik. Bizdən gedəndə ondan inciməmişdik. Doğma klubu kimidi, qayıda bilər. Sözümüzü dedik, təklifimizi etdik. Rauf fikirləşmək üçün bizdən vaxt istədi.
- Baş məşqçiniz Yuri Maksimov müqavilə məsələsində fikir ayrılığı olduğunu bildirib...
- Raufu axtarmamışıq, özü bizə müraciət edib. Strategiyamız var. Ona 1,5 illik müqavilə təklif etdik. Rauf isə 6 aylıq anlaşma istəyir ki, bununla razı ola bilmərik.
- “Keşlə”nin büdcəsi legioner transferinə imkan verir?
- Tam büdcə ilə hərəkət edirik. Amma limiti aşa bilmərik. Həmin büdcədi, 5-6 futbolçumuz gedib.
- Raufun müqavilə məsələsində maddi məsələyə görə problem yaşanmır?
- Əvəzedilməz futbolçu yoxdu. Hər futbolçunun dediyi ilə oturub-dursaq, klub kimi fəaliyyət göstərə bilmərik. Yayda Rauf klubdan gedəndə inciklik olmuşdu. Gedəndə razı olmamışdım. Amma millinin futbolçusudu, azərbaycanlıdı, xaricə getdiyi üçün uğurlar arzu etdim. Albaniyada heç 3 ay qala bilmədi. Bilirsiniz ki, FİFA-nın müvafiq qaydalarına görə, futbolçu 1 mövsümdə 3 klubda çıxış edə bilməz. İnciklik varsa, hamısını arxada qoyuruq.
- Sizcə, Nizami Hacıyevlə Mirhüseyn Seyidov əfv olunacaqmı?
- Mənim üçün də ağırdı. Baş verənləri unutmaq istəyirəm. Düzdü, çətindi. Onlarla qısa müddət də olsa birgə çalışmışam. Amma bizdən də yuxarı dairələr var. Heç kim belə şeyin baş verməsini istəməzdi. Qanun çərçivəsində işləyirik. Baxaq, görək nə baş verir.
- Başqa sanksiyalar olacaq?
- Bundan artıq nə olsun ki? Onları futboldan ömürlük uzaqlaşdırdılar. Təbii ki, futbolda belə xoşagəlməz şeylər varsa, əleyhinəyəm. Araşdırmalar yenə də davam edir. Bu işlə yenə də fəaliyyət göstərənlər varsa, cəzalansınlar (sport24.az).
Messidən unikal rekord
"Sabah" hücumçu aldı
ÇL-də gecənin nəticələri
Hakimlər komitəsindən Mourinyoya cavab gəldi
Çempionlar Liqasında Liqa mərhələsinə start verildi
“Kür-Araz" - "Şəki" matçında 3 qol - Video
“Barselona” ilə oyunu buraxacaq
"Aston Villa"nın qolsuzluq seriyası uzun çəkmədi
ÇL matçının mətbuat konfransı ləğv olundu
Azərbaycan millisi dünya çempionatına hazırlaşır
"Çempion olsaq da, maaş almırdıq"
2-ci liqada 2-ci tura yekun vuruldu
"Qarabağ"a baxıb xəyal edirdik, indi gerçəkləşir"
İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlandı
2-ci liqada 2 turun təqvimi açıqlandı
“Karvan-Yevlax” koreyalı futbolçu transfer etdi
İlin ən yaxşı gənc futbolçusu adına namizədlər
Kurtua, Martinez, Vozinya...
Pikedən "Real" azarkeşinə cavab
Kilsə, şərf və "Vyeçista”ya transfer - Şəkillər
İlin məşqçisi adına namizədlər açıqlandı
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
"Kəpəz" - "Qəbələ" matçı 1 dəqiqəlik sükutla başlayacaq
Millimizin sabiq baş məşqçisi BƏƏ klubunda
Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edilib
“Qarabağ” Koxalskinin gedişini açıqladı - Bu kluba keçdi
Türkilər “Liverpul”un baş sponsoru olur - Rəsmi
“Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
Keyn: “Çempionlar Liqasını qazanmağa yaxınıq”
AFFA-dan klublara cərimələr
ÇL-in oyunları bu kanallarda
“Liverpul” Avropanın ən nüfuzlu klubu seçildi
"Səbail" Fransadan oyunçu aldı