İspaniya Kubokunda 1/8 finalın matçlarına yekun vurulub.
Qol.az-ın məlumatına görə, son oyun günündə 3 görüş keçirilib.
“Levante” öz meydanında “Espanyol”u qəbul edib. İlk matçda səfərdə 2:1 hesablı qələbə qazanmasına baxmayaraq, cavab görüşdə “Levante” 2 cavabsız qolla uduzaraq kubokla vidalaşıb.
Səfərdə “Kadis”i məğlub edən “Sevilya” evdə də meydanı qalib kimi tərk edib.
İlk matçda səfərdə “Selta” ilə bərabərə qalan “Barselona” cavab matçında rəqibini darmadağın edib. Artıq ilk yarıda rəqib qapısından 4 cavabsız qol keçirən Kataloniya klubu ikinci hissəni formallığa çevirib.
İspaniya Kuboku
1/8 final, cavab görüşəri
11 yanvar
“Levante” - “Espanyol” 0:2
Qollar: Baptistao, 14, Moreno, 34
İlk oyun - 2:1
“Sevilya” - “Kadis” 2:1
Qollar: Ben Yedder, 31 (1:0), Korrea, 54 (2:0), Qarsiya, 86 (2:1)
İlk oyun - 2:0
“Barselona” - “Selta” 5:0
Qollar: Messi, 13; 15. Alba, 28, Suarez, 31, Rakitiç, 87
İlk oyun - 1:1
Qeyd edək ki, daha əvvəl “Alaves”, “Atletiko”, “Real”, “Leqanes” və “Valensiya” 1/4 finala adlayıb.
La Liqaya haker hücumu
“Çelsi” Alonsoya şans verəcək
“Mançester Yunayted”ə qayıda bilər
Musiala məşqdə yenə huşunu itirdi
Renat Dadaşovun komandasından qələbə
Premyer Liqada yeni tamaşaçı rekordu
“Avrokuboklara vəsiqə qazansaq...” - Azər Məmmədov
“Kəpəz” - “Qarabağ” matçından - Video
Nəriman Axundzadə bu dəfə də ehtiyatda qaldı
“İmişli”nin baş məşqçisi təyin edildi
"Kəpəz" - "Qarabağ" matçında heç-heçə, "Neftçi"dən qələbə
Mahir oynadı, komandası qalib gəldi
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
Gəncədəki qarşılaşmaya Mehman Allahverdiyev start verdi