"Keşlə”nin yeni transferi Vaqif Cavadov bu gün I divizion təmsilçisi "Qaradağ Lökbatan”la (3:1) keçirilən yoxlama görüşündən sonra jurnalistlərin suallarını cavablandırıb.
- Artıq "Keşlə" ilə müqavilə bağlamısan?
- Bəli, 6 ay + 1 il şərti ilə anlaşmışıq.
- Bir ara dedilər ki, "Keşlə"dəsən. Sonra yenidən qeybə çəkildin. Nəhayət, sonda "Keşlə" ilə müqavilə bağladın. Bunun səbəbi nə oldu?
- Şərtlərlə bağlı idi. Həm onlar düşündü, həm də biz. Sonda razılaşa bildik.
- Bir müddət əvvəl "İnter"də çıxış etmisən və kapitanlıq bazubəndini daşımısan. Əvvəlki komanda ilə indikini necə müqayisə edərdin?
- Özünüz də bilirsiniz ki, çox böyük fərq var. Amma indi toplamışmışıq. İnanıram ki, əvvəlki komandanı qaytarmaq olar. Yeni oyunçular da gələcək. Kamran Ağayev də bizimlədir. İnanıram ki, futbolçular yaxşı forma yığacaq. Qışda sonra yaxşı çıxış edəcəyimizə ümid edirik.
- Bir müddət futbol oynamadın. Özünü necə hiss edirsən?
- Məncə, hər şey yaxşıdır Mənim üçün problemi yoxdur. Hazırlıqlara yeni başlamışıq. Çempionata tam hazır olacağıq.
- Yaxşı karyeran olub. Hollandiya "Tvente"sinə kimi gedib çıxmışdın. Lakin son zamanlar klublara lazım olmadın...
- Deməzdim belədir. Bəzi nüanslar var. Hər şeyi açıqlamaq istəmirəm.
- Kimlərsə mane oldu?
- Ola bilər. Mənim heç kəslə problemim yoxdur. Ola bilər ki, kiminsə mənimlə problemi olsun. Ancaq mənim yoxdur və olmayacaq da.
- Yəni ki, "Tvente"də sənin karyerana mane olanlar olub?
- Onu mən deyə bilmərəm. Allah eləsin ki, hər bir futbolçuya mənim karyeramı yaşamaq nəsib olsun. Elə bir yaşım yoxdur ki, futbolla vidalaşım. Elə şey ola da bilməz. Futbolumuzu oynayırıq.
- Əvvəlki Vaqif Cavadovun görə bilərik?
- Hər şey mümkündür. 40 yaşım yoxdur ki... Hər şey futbolçudan asılıdır.
- Hədəflərin nədir?
- Artıq "Keşlə"dəyəm. Hədəfimiz ölkə kubokudur. Premyer Liqada da yaxşı yerlərə getmək istəyirik.
- Kimlərəsə nəsə sübut etmək istəyirsən?
- Heç kimə sübut etməyə ehtiyacım yoxdur. Özüm-özümə edəcəm.
- Milli komandamızın aparıcı üzvlərindən biri idin. Yenidən yığma formanı geyinə bilərsən?
- Oyunumla nail ola bilərəm. Buna baş məşqçi qərar verəcək. Siz elə deyirsiz ki, elə bil ki, 40 yaşım var və mən futboldan gedirəm. Meydanda kim yaxşı oynasa, Qurban Qurbanov da dəvəti onlara göndərəcək.
- Qurban Qurbanovun təyinatı barədə nə deyə bilərsən?
- Çoxdan gözlənilirdi. Azərbaycanda yerli məşqçilərdən 1 nömrəli namizəd məhz Qurban müəllim idi. Çətin işdi. Ona uğurlar arzu edirəm. Siz media mənsubları da Qurbanova dəstək nümayiş etdirin. Prosineçkili, Foqtslu yığma uduzanda tənqidlər olmurdusa, Qurbanovlu yığma üçün də olmasın. Çünki futbolda məğlubiyyət qaçılmazdır.
- Berti Foqtsu az tənqid etmişik?
- 6 il Berti Foqts yığmada çalışdı. Düzdü, deyirdiniz. Amma sonda postunda qalırdı. Mediadan çox şey asılıdır. Qurban müəllimə hamı kömək etməldir.
- Mətbuatdan küsmüsən?
- Xeyr. Küssəydim, sizə müsahibə verməzdim. Mən hər zaman suallarınıza cavab verməyə hazıram.
- 6 il ərzində heç bir futbolçu Berti Fotqsun əleyhinə danışmayıb...
- Ola bilər. Amma yığmadakı legionerlə bağlı suallara həmişə mən və Mahir Şükürov cavab verib. Prosineçkinin dönəmində milli üzvlərinə legionerlərlə bağlı suallar ünvanladığını görməmişəm. Mən isə həmişə həmin sualları cavablandırmışam. Arxivlərdə var. Media ilə hər zaman dostluq etmişəm.
Mənbə: sportnet.az
"Beşiktaş" 7 futbolçusunu göndərə bilər
Pelenin rekorduna yaxınlaşır
Mundialların "aqressiv" üçüncüsü oldu
"Ayntraxt" 18 yaşlı futbolçuya göz dikdi
FİFA bu matçla bağlı araşdırma aparmaqdan imtina etdi
Kovaçiç klubunu dəyişə bilər
Neymardan təqdirəlayiq addım
Növbəti mundiala hazırlaşırdı, istefaya göndərdilər
"Zirə"nin rəqibi bilindi
Braziliya - Yaponiya: Heyətlər
"Qalatasaray" onu hədəfə aldı
AFFA-da yeni təyinat - Şəkillər
DÇ-2026-dakı uğursuzluğa görə ölümlə hədələnir
"Çelsi" Mareska ilə bağlı bəyanat yaydı
"Mançester Siti" yeni baş məşqçisini açıqladı
“Qəbələ”dən mövsümün ilk transferi
"İmişli" Kaşkilya ilə yolları ayırdı
İtaliya klubunun yeni baş məşqçisi açıqlandı
DÇ-2026-darekord tamaşaçı sayı
Fransa millisindən 96 yaşlı azarkeşə Mbappe jesti
FTB DÇ-2026 zamanı 400-dən çox dronu müsadirə edib
Levandovskinin karyerasında yeni mərhələ
“Barselona” Keyn üçün ilk addımı atdı
"Araz-Naxçıvan"ın rəqibləri açıqlandı
Şotlandiya millisinin baş məşqçisi istefa verdi
25 yaşında karyerasını bitirdi - "Zirə"də çalışacaq
DÇ-2026 matçının ictimai yayımı zamanı atışma
Daha bir mövsüm "Araz-Naxçıvan"da - Rəsmi
"Sabah"dan 1-ci liqa klubuna
"Milan"dan ayrıldı, PSJ-yə keçdi
Ramil Şeydayev bu klubla danışıq aparır
Vinisius Messi və Ronaldunun rekordunu təkrarladı
48 komandadan yalnız 2-si qol buraxmadı
“Neftçi” Sloveniyaya 27 futbolçu ilə getdi
DÇ-2026-dakı uğursuzluğa görə istefa verdi
Kanadanı 1/8 finala aparan qələbə - Video
CAR - Kanada matçının ən yaxşısı seçildi
DÇ-2026: ilk 1/8 finalçı müəyyənləşdi
Azərbaycan cüdoçuları Çexiyada 4 medal qazandı
"Qarabağ"ın Avstriya hazırlığı davam edir - Şəkillər