“Qəbələ”də braziliyalı hücumçu

“Qəbələ”də braziliyalı hücumçu
XƏBƏR 11 Yanvar 2018 / 00:45 5215
-  A +

Antalyada təlim-məşq toplanışında olan "Qəbələ" baxışa braziliyalı futbolçu dəvət edib.

Qol.az-ın məlumatına görə, 21 yaşlı hücumçu Kayke Vercilio ötən gün Türkiyənin "Akhisar” klubu ilə keçirilən yoxlama oyununda iştirak edib.  O, ikinci hissədə meydana daxil olub.

Gənc forvardın çıxışı baş məşqçi Roman Qriqorçuku qane etsə, onunla müqavilə imzalanacaq.

Qeyd edək ki, Vercilio "Korintians”ın yetirməsidir. Onun son klubu “Santos” olub.

Son xəbərlər
topaz banner