Araz Abdullayevin komandasından kubok qələbəsi

Araz Abdullayevin komandasından kubok qələbəsi
XƏBƏR 10 Yanvar 2018 / 22:19 5870
-  A +

Araz Abdullayevin şərəfini qoruduğu "Anortosis" klubu növbəti oyununa çıxıb.

Qol.az-ın məlumatına görə, Famaqusta təmsilçisi Kipr kubokunun 1/8 final mərhələsinin ilk görüşündə "Ayia Napa" klubunu qəbul edib. Qarşılaşma meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Araz start heyətdə meydana çıxıb. Komandalar arasında cavab matçı yanvarın 17-də keçiriləcək.

Son xəbərlər
topaz banner