Nazarovun komandasından növbəti məğlubiyyət

Nazarovun komandasından növbəti məğlubiyyət
XƏBƏR 10 Yanvar 2018 / 21:02 2354
-  A +

Dmitri Nazarovun çıxış etdiyi “Aue” klubu İspaniya toplanışı çərçivəsində 2-ci yoxlama oyununu keçirib.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, 2-ci bundesliqa təmsilçisi Belçikanın “Oostende” klubu ilə qarşılaşıb. Nazarovun start heyətdə meydana çıxdığı görüş belçikalıların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, “Aue” ilk oyunda “Ayntraxt”a 1:3 hesabı ilə uduzmuşdu.


Son xəbərlər
topaz banner