"Neftçi"nin baş məşqçisi Tərlan Əhmədov klubun rəsmi saytına müsahibə verib.
- Çempionatın ikinci hissəsinə hazırlıq necə keçir?
- Hazırda təlim-məşq toplanışının ilk mərhələsi davam edir. Daha çox fiziki hazırlığa üstünlük veririk. Sevindirici haldır ki, bütün futbolçular ağır yükləmələri qəbul edə bilirlər. Komandada yüksək əhval-rühiyyə var. Futbolçularımıza qış fasiləsi ərəfəsində fərdi hazırlıq planı verilmişdi. Görünür, komandamızın hər bir üzvü fəal istirahət edərək fərdi tapşırıqları yerinə yetirib. Antalyada keçiriləcək ikinci mərhələdə isə texniki və taktiki məşqlərə xüsusi nəzər yetiriləcək. Türkiyədə 5 yoxlama oyunu keçirməyi planlaşdırırıq. Yorğunluq fonunda keçiriləcək bu matçlar həm istədiyimiz oyun üslubumuzun təkmilləşməsi, həm də yeni futbolçuların komandaya uyğunlaşması baxımından əhəmiyyətlidir.
- İstədiyiniz transferləri həyata keçirə bilirsinizmi?
- Klub rəhbərliyi ilə birgə müəyyənləşdirdiyimiz transfer siyasətinə uyğun işlər gedir. Prezident Orxan Hüseynzadə bütün işlərə şəxsən nəzarət edir və bizə bacardığı dəstəyi verir. Problemli mövqelər üzrə kifayət qədər çox futbolçuları izləmişik. Bu proses indi də davam edir. Tələsmək də istəmirik. Seçim zamanı hər bir nüansa diqqət etmək lazımdır. Bu işdə səhvə yol vermək olmaz. Düzdür, qış fasiləsi zamanı yaxşı oyunçu tapmaq asan deyil. Bundan əlavə, yerli futbolçu qıtlığı da var. Yalnız onu deyə bilərəm ki, bizə lazım olan mövqelərə keyfiyyətli, komandamızı gücləndirəcək legionerlər transfer olunacaq. Təbii ki, büdcə imkanları çərçivəsində.
- Bəzi futbolçularla yanaşı, keçən il müqaviləsi yenilənən Uqo Barqas da komandanı tərk etdi...
- Uqo Barqas özü komandadan getmək istədiyini bildirdi. Getmək istəyən futbolçunu komandada saxlamağın mənası yoxdur. Buna görə də qarşlıqlı razılaşma əsasında onunla müqaviləyə xitam verildi. Barqasın əvəzinə hücumçu axtarışı davam edir. Daha güclü futbolçular tapmağa çalışırıq. Azarkeşlərimiz narahat olmasın, Barqasdan daha səviyyəli və daha çox qol vuran yeni forvard görəcəklər.
- Başqa hansı mövqelərə oyunçu axtarışları davam edir?
- Hücumçudan başqa ilk növbədə hücumameylli sol cinah yarımmüdafiəçisinə və dayaq yarımmüdafiəçisinə ehtiyacımız var. Qeyd etdiyim kimi, namizədlər kifayət qədər çoxdur. Hər bir futbolçu ciddi şəkildə izlənilir və onun haqda bütün məlumatlar öyrənilir. Qərarımızı da buna görə verəcəyik. Çünki qarşıda bizi çox ciddi sınaqlar və güclü rəqiblər gözləyir. Hər hansı problem çıxmasa, yaxın günlərdə ilk legioner düşərgəmizə gələcək.
- Azarkeşlər bu mövsüm həm də “Neftçi”dən titul və avrokuboklara vəsiqə gözləyirlər...
- Əvvəla azarkeşlərimizə dərin təşəkkürümü bildirmək istəyirəm. Evdə və ya səfərdə olmasına baxmayaraq, bütün oyunlarda komandanı sonacan dəstəkləyirlər, hər zaman sevimli komandalarının yanındadılar. Klub rəhbərliyi, məşqçilər və futbolçular daim onların dəstəyini hiss edir. Bu günədək qazandığımız bütün qələbələrdə fanatlarımızın böyük payı var. “Neftçi”nin yetirməsi olaraq onları yaxşı başa düşürəm. Bu klub daim zirvədə olmalıdır. Təəssüf ki, çempionatın əvvəlində çox xallar itirilib. Bununla belə, artıq komandanın oyun dəst-xəttinin formalaşması gələcəyə nikbin baxmağa imkan verir. Qış fasiləsindən sonra mümkün qədər yuxarı pillələrə yüksəlməyə çalışacağıq. İlk növbədə isə ölkə kubokunu qazanmaq üçün mübarizə aparacağıq. İnanıram ki, biz birlikdə hədəfimizə çatacağıq.
"Beşiktaş" 7 futbolçusunu göndərə bilər
Pelenin rekorduna yaxınlaşır
Mundialların "aqressiv" üçüncüsü oldu
"Ayntraxt" 18 yaşlı futbolçuya göz dikdi
FİFA bu matçla bağlı araşdırma aparmaqdan imtina etdi
Kovaçiç klubunu dəyişə bilər
Neymardan təqdirəlayiq addım
Növbəti mundiala hazırlaşırdı, istefaya göndərdilər
"Zirə"nin rəqibi bilindi
Braziliya - Yaponiya: Heyətlər
"Qalatasaray" onu hədəfə aldı
AFFA-da yeni təyinat - Şəkillər
DÇ-2026-dakı uğursuzluğa görə ölümlə hədələnir
"Çelsi" Mareska ilə bağlı bəyanat yaydı
"Mançester Siti" yeni baş məşqçisini açıqladı
“Qəbələ”dən mövsümün ilk transferi
"İmişli" Kaşkilya ilə yolları ayırdı
İtaliya klubunun yeni baş məşqçisi açıqlandı
DÇ-2026-darekord tamaşaçı sayı
Fransa millisindən 96 yaşlı azarkeşə Mbappe jesti
FTB DÇ-2026 zamanı 400-dən çox dronu müsadirə edib
Levandovskinin karyerasında yeni mərhələ
“Barselona” Keyn üçün ilk addımı atdı
"Araz-Naxçıvan"ın rəqibləri açıqlandı
Şotlandiya millisinin baş məşqçisi istefa verdi
25 yaşında karyerasını bitirdi - "Zirə"də çalışacaq
DÇ-2026 matçının ictimai yayımı zamanı atışma
Daha bir mövsüm "Araz-Naxçıvan"da - Rəsmi
"Sabah"dan 1-ci liqa klubuna
"Milan"dan ayrıldı, PSJ-yə keçdi
Ramil Şeydayev bu klubla danışıq aparır
Vinisius Messi və Ronaldunun rekordunu təkrarladı
48 komandadan yalnız 2-si qol buraxmadı
“Neftçi” Sloveniyaya 27 futbolçu ilə getdi
DÇ-2026-dakı uğursuzluğa görə istefa verdi
Kanadanı 1/8 finala aparan qələbə - Video
CAR - Kanada matçının ən yaxşısı seçildi
DÇ-2026: ilk 1/8 finalçı müəyyənləşdi
Azərbaycan cüdoçuları Çexiyada 4 medal qazandı
"Qarabağ"ın Avstriya hazırlığı davam edir - Şəkillər