Kaka ABŞ klubundan gedir

Kaka ABŞ klubundan gedir
XƏBƏR 12 Oktyabr 2017 / 00:01 2764
-  A +

ABŞ-ın “Orlando Siti” klubunun futbolçusu Kaka mövsümün sonunda komandasından ayrılacaq.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə braziliyalı yarımmüdafiəçi özü açıqlama verib.

“Orlando Siti” ilə müqaviləni yeniləməyəcəyim dəqiqdir. Sonra nə olacaq, bunu bilmirəm.  Komandadan ayrılmağım fiziki durumumla bağlı deyil” – deyə o bildirib.

Qeyd edək ki, 35 yaşlı futbolçu bu mövsüm keçirdiyi 22 oyunda 6 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Dünya Çempionatı 2026
Son xəbərlər
22.06.26  12:51

"İmişli"də ayrılıq

22.06.26  09:39

Salah yenə ön planda

topaz banner