“Bu avtoqol mənə həyatım boyu əzab verəcək" - Video

“Bu avtoqol mənə həyatım boyu əzab verəcək" -   Video
XƏBƏR 11 Oktyabr 2017 / 13:51 6810
-  A +

ABŞ millisinin üzvü  Omar Qonsales DÇ-2018-in seçmə mərhələsində Trinidad və Tobaqo ilə oyunda vurduğu avtoqol barədə danışıb.

Qol.az-ın xəbərinə görə, azarkeşlərdən üzr istəyən 29 yaşlı müdafiəçi bu avtoqolun ona bütün həyatı boyu əzab verəcəyini deyib:

"Nə hiss etdiyimi izah etmək üçün söz də tapa bilmirəm. Bayram olmalıydı, ancaq əvəzində...  Bütün azarkeşlərimizdən üzr istəyirəm. Onlar bizə inanırdılar. Biz isə onların ümidlərini doğrulda bilmədik”.

Qeyd edək ki, ABŞ yığması bu oyunda 1:2 hesabı ilə məğlub olaraq, dünya çempionatına vəsiqə qazana bilməyib. Mundiala yollanmaq üçün  ABŞ-a bir xal da kifayət edirdi. Ancaq Omar Qonsalesin  öz qapısına vurduğu qol komandasını mundialdan kənarda qoyub.




Son xəbərlər