Çili millisinin baş məşqçisi istefa verdi

Çili millisinin baş məşqçisi istefa verdi
XƏBƏR 11 Oktyabr 2017 / 13:35 2781
-  A +

Çili yığmasının baş məşqçisi Xuan Antonio Pizzi istefa verib.

Qol.az-ın espnfc.com-a istinadən yaydığı xəbərə görə,  buna səbəb onun komandasının Braziliyaya məğlub olaraq DÇ-2018-ə yollana bilməməsidir.

Argentinalı mütəxəssis Çili mətbuatına açıqlamasında qəti qərar verdiyini bildirib: “İşimə davam etməyim müzakirə  mövzusu belə ola bilməz. Federasiya ilə heç bir danışıq aparmayacam”.

Qeyd edək ki,  Antonyo Pizzi ötən ildən Çili millisini çalışdırırdı.

Dünya Çempionatı 2026
Son xəbərlər
22.06.26  12:51

"İmişli"də ayrılıq

22.06.26  09:39

Salah yenə ön planda

topaz banner