2018-ci il dünya çempionatının seçmə qrup mərhələsinə yekun vurulduqdan sonra UEFA Millətlər Liqasının divizionlarının tərkibi müəyyənləşib.
Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, Avropa futbol qurumuna üzv olan 55 yığma 4 diviziona bölünüb.
Hər bir divizionda 4 qrup olacaq. Püşkatma mərasimi 2018-ci il yanvarın 24-də İsveçrənin Lozanna şəhərində keçiriləcək.
UEFA-nın milli komandalar üçün açıqladığı son reytinq siyahısında Azərbaycan 40-cı yerdə qərarlaşdığından, D liqasına düşüb. Burada ümumilikdə 16 komanda yer alacaq. A və B liqasında hərəyə 12, C liqasında 15 yığma olacaq.
A liqası: Almaniya, Portuqaliya, İspaniya, Belçika, İngiltərə, Fransa, İsveçrə, İtaliya, Polşa, İslandiya, Xorvatiya, Hollandiya
B liqası: Avstriya, Uels, Rusiya, Slovakiya, Ukrayna, İrlandiya, İsveç, Şimali İrlandiya, Danimarka, Bosniya və Herseqovina, Çexiya, Türkiyə
C liqası: Rumıniya, Şotlandiya, Sloveniya, Macarıstan, Serbiya, Albaniya, Norveç, Yunanıstan, Monteneqro, İsrail, Bolqarıstan, Finlandiya, Kipr, Estoniya, Litva
D liqası: AZƏRBAYCAN, Makedoniya, Gürcüstan, Belarus, Ermənistan, Farer adaları, Latviya, Lüksemburq, Qazaxıstan, Moldova, Lixtenşteyn, Malta, Kosovo, Andorra, San Marino, Cəbəllütariq
Bu liqalardakı ölkələr öz növbəsində 3 və ya 4 yığmadan ibarət qruplara bölünəcəklər. Qrup mərhələsinin oyunları 2018-ci ilin sentyabr - noyabr aylarında olacaq. Qrup qalibləri 2020-ci ilin martında yarımfinal və final oynayaraq, divizionun ən güclüsünü müəyyənləşdirəcəklər. Beləliklə, hər liqadan bir komanda 2020-ci il Avropa çempionatına vəsiqə qazanacaq.
Daha 20 vəsiqənin sahibi isə 2019-cu ilin martında startı veriləcək Avropa çempionatının seçmə qrup mərhələsinin yekununda məlum olacaq. Burada 55 ölkə 5 və ya 6 komandadan ibarət 10 qrupa bölünəcək. Hər bir qrupdan 2 ən güclü komanda final mərhələsinə birbaşa vəsiqə əldə edəcəklər.
Qeyd edək ki, 2020-ci il Avropa çempionatı qitənin 13 şəhərində, o cümlədən Bakıda təşkil olunacaq.
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi
“Sabah” özünə inamlıdır, yaxşı pressinq edir” - Maykl Karrik
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
Kurtua Millətlər Liqasında oynamayacaq - Açıqlama
"Mançester Siti"dən ərəb klubuna keçdi
"Kəpəz"in kapitanı məşqdə zədələndi
Flik: “Çempionlar Liqasını qazanmağa qadirik”
Haaland Çempionlar Liqasında daha bir əfsanəni geridə qoydu
Lamin Yamal: “19 yaşında kapitan olmaq şərəfdir"
“Qarabağ”la vidalaşdı - Paylaşımı Azərbaycan dilində etdi
Messidən unikal rekord
ÇL-in oyunları bu kanallarda
İtaliya millisinin sabiq hücumçusu B Seriyasında