DÇ-2018-in püşkatması üçün ilk səbət müəyyənləşdi

DÇ-2018-in püşkatması üçün ilk səbət müəyyənləşdi
XƏBƏR 11 Oktyabr 2017 / 11:57 4671
-  A +

DÇ-2018-in final mərhələsinin püşkatma mərasimi üçün birinci səbətin tərkibi müəyyənləşib.

Qol.az-ın məlumatına görə, ilk səbətdə  Almaniya, Braziliya, Portuqaliya, Argentina, Belçika, Polşa, Fransa və təşkilatçı ölkə Rusiya yer alıb.

Bu komandalar qrup mərhələsində bir-birinə rəqib olmayacaq. Püşkatma mərasimi dekabrın 1-də Kremldə keçiriləcək.

Qeyd edək ki, hələlik 23 ölkə dünya çempionatına vəsiqəni təmin edib.

Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

topaz banner