“Barselona” La Liqanı tərk etməyəcək

“Barselona” La Liqanı tərk etməyəcək
XƏBƏR 11 Oktyabr 2017 / 00:01 4118
-  A +

Kataloniyadakı referendumdan sonra yayılan söz-söhbətlərə baxmayaraq, “Barselona” rəhbərliyi İspaniya La Liqasını tərk etməyəcək.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, “Barselona” Kataloniya Futbol Federasiyasının üzvüdür. Bu təşkilat isə İspaniya Krallığının Futbol Federasiyasından ayrılmağı düşünmür.

Bu isə o deməkdir ki, Kataloniya rəsmən müstəliq dövlət elan olunsa belə, “Barselona” La Liqadakı çıxışını davam etdirəcək.

Xatırladaq ki, oktyabrın 1-də Kataloniyada referendum keçirilib. Referendumda iştirak edənlərin 90 faizindən artığı müstəqilliyin lehinə səs verib.


 


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

topaz banner