Prezident oyunu VİP lojada yox , azarkeşlərlə izlədi

Prezident oyunu VİP lojada yox , azarkeşlərlə izlədi
XƏBƏR 10 Oktyabr 2017 / 13:24 4808
-  A +

İslandiya prezidenti Qudni Yohansson ölkəsinin futbol millisinin DÇ-2018-in seçmə mərhələsində Kosovoya qarşı oyununu stadiondan izləyib.
 
Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, dövlət başçısı görüşə VİP lojadan deyil, azarkeşlərin yanında tribunadan baxıb.
 
Qeyd edək ki, sözügedən matç İslandiyanın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bu qalibiyyətlə xalını 22-ə yüksəldən komanda İ qrupunda  1-ci olub və mundiala birbaşa vəsiqə qazanıb. Bununla da İslandiya tarixində ilk dəfə dünya çempionatında iştirak edəcək.


Son xəbərlər