DÇ-2018-in 17 iştirakçısı məlumdur

DÇ-2018-in 17 iştirakçısı məlumdur
XƏBƏR 10 Oktyabr 2017 / 02:00 6233
-  A +

Gələn il Rusiyada keçiriləcək dünya çempionatında iştirak edəcək 17 milli komandanın adı bəlli olub.

Qol.az-ın məlumatına görə, son olaraq Avropa zonasından İslandiya və Serbiya mundiala vəsiqəni təmin edib.

Daha öncə isə təşkilatçı Rusiya, eləcə də Braziliya, İran, Yaponiya, Meksika, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Belçika, Almaniya, İngiltərə, İspaniya, Nigeriya, Kosta-Rika, Polşa və Misir yığmaları dünya çempionatında oynamaq hüququ qazanmışdı.

Son xəbərlər